"Milli Şura"da toplananlar yaramaz və yarıtmaz insanlardır. Onların bəziləri hakimiyyətin müxtəlif dövrlərində Azərbaycanda vəzifədə çalışanlar olub". Bunu SİA-ya Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, "İki Sahil" qəzetinin baş redaktoru, Vüqar Rəhimzadə "Milli Şura"nın mitinq keçirməkdə maraqlı olmasına münasibət bildirərkən deyib.Baş redaktorun sözlərinə görə, hər kəs bu şəxslərin fəaliyyətləri dövründə Azərbaycan xalqına qarşı necə aqressiv, zülmkar olduqlarını xatırlayır: "1990-ci ilin əvvəllərində bu insanlar həmişə şəxsi maraqlarını ümumi dövlətin, xalqın maraqlarından üstün tutublar. Öz kəndinə, elinə-obasına, ailəsinə, ata-anasına hörmətsiz yanaşan insandan başqa heç nə gözləmək olmaz. Onların mitinq, aksiya keçirmək xülyaları nədən irəli gəlir? Bu şəxslər xaricdən özlərinə dayaq axtarıb qrant almaq xülyasında yaşayan insanlardır. Onlar dəfələrlə aksiya keçirsələr də, orada özlərindən başqa heç kim olmayıb".V.Rəhimzadə əlavə edib ki, "Milli Şura", AXCP və onun başında dayanan Əli Kərimli həmişə Azərbaycan xalqına qarşı bəd fikirdə olub: "Onlar anti-Azərbaycan, erməni və ermənipərəst qüvvələrin əlində alətə çevrilmiş insanlardır. O insanlara bu cəmiyyət, xalq, dövlət birmənalı şəkildə yox deyiblər və tarixin elə küncünə atıblar ki, oradan bir daha geri dönə bilməyəcəklər".
sia.az