"İlk Avropa Oyunlarının keçirilməsində vətəndaş cəmiyyəti olaraq Kütləvi İnformasiya Vasitələrinin rəhbərlərinin və eləcə də aparıcı QHT-lərlə "Bakı-2015: I Avropa Oyunlarına Dəstək" Vətəndaş Koalisyasını yaratdıq". Bunu SİA-ya Vətəndaş Koalisyasının həmsədri Rufiz Qonaqov deyib.Onun sözlərinə görə, qısa zaman kəsiyində bütün beynəlxalq təşkilatlara göstərdik ki, Azərbaycanda vətəndaş cəmiyyəti birlikdədir, ümummilli maraqlara xidmət edir: "Ayrı-ayrı fikirlər var idi ki, ölkəmizdə fəaliyyət göstərən vətəndaş cəmiyyəti institutları hansısa bir formada Avropa Oyunlarının keçirilməsinə dəstək vermir. Bu fikirlər tamamilə alt-üst oldu. Bu gün bütün vətəndaş cəmiyyətləri İlk Avropa Oyunlarının keçirilməsinə dəstək verir, öz tövfələrini əsirgəmirlər. Anti təbliğatda adları keçən beynəlxalq təşkilatlara və onların havadarlarına cavab verdik və gücümüzü göstərdik. Üzərimizə düşən vəzifələri dərk edirik və əminki ki, bunların öhdəsindən gələcəyik".
sia.az