"Rusiya o dərəcədə etik normaları aşıb keçib ki, Ukraynanı heçə sayaraq strateji məsələlərdə onun adından bəyanat verir". Bunu SİA-ya politoloq Qabil Hüseynli Rusiya xarici işlər naziri Sergey Lavrovun "Ukrayna NATO və Aİ-yə daxil ola bilməz" bəyanatını şərh edərkən deyib.Politoloq hesab edir ki, Rusiya xarici işlər nazirinin belə əmin bəyanatı sanki Rusiyanın bu məsələdə təminat aldığını göstərir: "Sanki Rusiya Avropa, NATO-ya daxil olan ölkələrdən Ukraynanın Aİ və NATO-ya daxil olmayacağı ilə bağlı təminat alıb. Avropa ölkələri də hələ kompromis kimi Rusiyanı qıcıqlandırmamaq üçün Ukraynanı NATO-ya qəbul etmək niyyətində deyillər. Onsuz Ukraynaya NATO-nun dostu statusu verilib. Ona görə də bu gün hələ Rusiya-Ukrayna qarşıdurmasını qızışdırmamaq üçün Rusiyaya diplomatik vəd verilib ki, Ukrayna yaxın vaxtlarda NATO-ya qəbul edilməyəcək. Sergey Lavrov isə bunu təbliğatı elementə çevirərək həm Ukraynanı, həm də Ukrayna xalqını ruhdan salmağa çalışır".
sia.az