PDF Oxu

Siyasət

  • 14

Bakıda "Mühüm idman yarışlarında sərnişinlərin və yüklərin keçidinin idarə olunması üzrə TAİEX" seminarı öz işinə başlayıb

Bakıda "Mühüm idman yarışlarında sərnişinlərin və yüklərin keçidinin idarə olunması üzrə TAİEX" seminarı öz işinə başlayıb

Bakıda "Mühüm idman yarışlarında sərnişinlərin və yüklərin keçidinin idarə olunması üzrə TAİEX" seminarı öz işinə başlayıb.Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev bildirib ki, seminar onun rəhbərlik etdiyi qurum və Avropa İttifaqının Bakı ofisi ilə birgə təşkil olunub.A. Əliyev qeyd edib ki, seminarın məqsədi Azərbaycan gömrük xidmətində çalışan əməkdaşlara birinci Avropa Oyunları ilə bağlı müəyyən bilgilər vermək və təcrübə keçməkdir."Bu məqsədlə Avropa İttifaqının Bakı ofisinin təşəbbüsü və maliyyə dəstəyi ilə seminara Avstriyadan iki mütəxəssis dəvət olunub. Həmin mütəxəssislər Avropa Oyunları ilə bağlı gömrükçülərə təlimlər keçəcək. Avropa Oyunları ilə əlaqədar ölkəmizə gələn sərnişinlərin, o cümlədən gətirilən yüklərin sayında xeyli artım gözlənilir", - deyə A. Əliyev qeyd edib.Komitə sədri deyib ki, gömrükçülər Avropa Oyunları ilə əlaqədar sərhəd keçid məntəqələrinə cəlb olunacaq.

AZƏRTAC

Digər xəbərlər