PDF Oxu

Siyasət

  • 10

“Bakı–2015” nüfuzlu Oyunlardır və yaddaşlarda birinci Oyunlar kimi qalacaq Bakı–2015

“Bakı–2015” nüfuzlu Oyunlardır və yaddaşlarda birinci Oyunlar kimi qalacaq Bakı–2015

"Bakı-2015" birinci Avropa Oyunları nüfuzlu idman yarışıdır və yaddaşlarda belə də qalacaq.AZƏRTAC xəbər verir ki, bu sözləri Polşanın "Vrotslav" stadionunun kommersiya və tədbirlərin təşkili məsələləri üzrə direktor müavini Marek Smolinski bu ölkədə press-turda olan azərbaycanlı jurnalistlərlə görüşündə söyləyib.M.Smolinski jurnalistlərə 2012-ci ildə keçirilən futbol üzrə Avropa çempionatının matçlarının keçirildiyi stadion barədə məlumat verib. Onun sözlərinə görə, 43 min tamaşaçı tutumu olan çoxfunksiyalıdır. Vitali Kliçko ilə Tomaş Adamek arasında boks görüşü bu stadionda təşkil edilən idman tədbiri olub. Sonra burada Polşa və İtaliya yığmaları arasında yoldaşlıq görüşü, daha sonra futbol üzrə Avropa çempionatının matçları keçirilib.Stadionda mədəni tədbirlərin də keçirildiyini diqqətə çatdıran M.Smolinski deyib ki, məşhur müğənni Corc Mayklın konserti zamanı burada 30 min tamaşaçı olub. "Monster Jam" yarışları zamanı isə burada möhtəşəm şou təqdim edib.Birinci Avropa Oyunları ilə bağlı fikirlərini bölüşən M.Smolinski deyib: "Artıq siz də bizim yaşadıqlarımızı gözləməlisiniz. "Euro–2012" çempionatı müvəffəqiyyətlə təşkil olundu. Ümidvarıq ki, "Bakı–2015" birinci Avropa Oyunları da uğurlu olacaq".Sonra M.Smolinski azərbaycanlı jurnalistləri stadionla tanış edib. Stadionun ərazisindəki təntənəli tədbirlər üçün VIP konfrans zalı, fitnes-klub, ofis otaqları icarəyə verilir. O bildirib ki, Vrotslav gələn il Avropanın mədəniyyət paytaxtı olacaq. Bununla əlaqədar, stadionda opera tamaşaları oynanılacaq. M.Smolinski deyib: "Vrotslav şəhərinin müxtəlif məkanlarda, o cümlədən bunun üçün nəzərdə tutulmayan yerlərdə opera tamaşaları təqdim etmək təcrübəsi də var. Stadionda opera tamaşaya qoymaq bizim üçün bir növ sınaq olacaq".

AZƏRTAC

Digər xəbərlər