PDF Oxu

Siyasət

  • 15

Aydın Mirzəzadə: “Bu, əsl dövlətçilik mövqeyi idi”

Aydın Mirzəzadə: “Bu, əsl dövlətçilik mövqeyi idi”

Millət vəkili faciədən yazdı

"Axırıncı hadisələr bir daha göstərdi ki, tarix hadisələrdən, insanlardan və tarixə düşən deyimlərdən ibarət imiş". SİA xəbər verir ki, bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) İcra Katibliyinin Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri, millət vəkili Aydın Mirzəzadə öz "facebook" hesabında yazıb.Millət vəkili qeyd edib ki, üç gündür Azərbaycan Bakının Binəqədi rayonunda yanan binada baş verən faciədən şok vəziyyətindədir: "Heç kəs bu dəhşətli hadisəyə biganə qalmadı, bu və ya digər formada ona münasibətini göstərdi. FHN-nin qəhrəmanlarının şəkilləri sosial şəbəkləri dolaşır, balaca Fərəh balanın məsum çöhrəsinə isə sakit baxmaq olmur. Bu hadisə cəmiyyət və ilk növbədə dövlət üçün ciddi sınaq oldu. Mənəviyyat və qəti qərarlar sınağı.İnamala demək olar ki, Azərbaycan dövləti ilk anlardan bu sınağa hazır olduğunu göstərdi. Azərbaycan vətəndaşının ona qətiyyən şübhəsi yox idi. O həmişə öz dövlətini özünün yanında görüb.Polisin həmin situasiyada vəziyyəti ciddi nəzarət altına alacağına, Fövqaladə Hallar Nazirliyinin yanğını söndrümək üçün operativ hərəkət edəcəyinə, səhiyyə ocaqlarının yaralıların qənbuluna və müalicəsinə hazır olacağına inamlı idik. Çünki, son illər dövlətimiz bütün fövqaladə hallarda məhz belə hərəkət edib.Ölkə Prezidentinin də məsələni diqqətdə saxlayacağına inanırdıq. Birinci Avropa Oyunları ərəfəsində gərgin iş qrafikinə baxmayaraq, Onun hadisə yerinə şəxsən gəlməsi, birinci xanım Mehriban xanım Əliyevanın yaralılara baş çəkməsi dövlət rəhbərliyinin xaqlın problemləri ilə yaşadığının sübutu idi.Ən yadda qalan isə cənab Prezidentin hadisə ilə bağlı müşavirədə dediyi " Avropa Oyunları və başqa böyük tədbirlər bu cür faciə qarşısında heçə bərabərdir" fikridir.Tarixi hadisə qarşısında Onun vətəndaşının ağırısı hər şeydən üstün tutması əsl dövlətçilik mövqeyi, yüksək məsuliyyət və məslələrə obyektiv yanaşma mövqeyi idi.Tariximizin yaddaşında tək hadisələr deyil, həmin hadislər dövründə xalqın dəyərli oğullarının yadda qalan addımları olacaqdır".

sia.az

Digər xəbərlər