PDF Oxu

Siyasət

  • 11

Araz Əlizadə: “”Milli Şura”nın hadisəyə bu münasibəti bişərəflilikdir”

Araz Əlizadə: “”Milli Şura”nın hadisəyə bu münasibəti bişərəflilikdir”

"Demək olar ki, müxalifətin bütün imkanları tükənib, onların danışmağa sözü yoxdur". Bunu SİA-ya açıqlamasında ASDP sədri Araz Əlizadə bildirib.

Onun sözlərinə görə, müxalifətin ölkədə hər hansı ciddi fəaliyyəti olmadığı üçün müzakirə etməyə, siyasiləşdirməyə hər hansı bir hadisə axtarır: "Özləri hakimiyyətə gələndə 20 Yanvar faciəsini, təlimsiz, silahsız gəncləri müharibəyə göndərərək onların ölümünə bais olmalarını nə tez unudublar? Mitinq keçirmək istəyirlər, qoy keçirsinlər. Ancaq qeyrəti olanlar əvvəl etdiyi əməllərinə aydınlıq gətirir, sonra hər hansı bir hadisə ilə bağlı axtarış aparır, fikir bildirir. Özlərinin şərəfsiz, satqın hərəkətlərini unudan müxalifətin bişərəf qanadı, ölkədə hər hansısa bir hadisənin baş verməsindən siyasi məqsədləri üçün istifadə etməyə çalışır və bundan xoşbəxt olduqlarını göstərirlər. "Milli Şura"-ya rəhbərlik edə AXCP sədri Əli Kərimlinin növbəti təlimi də bəllidir. Hesab edirəm ki, "Milli Şura"nın yanğın hadisəsini siyasiləşdirməsi, yenə də deyirəm bişərəflilikdir. Mayın 20-də Azərbaycan Prezidenti İlham Əliyev Binəqədi rayonunda baş verən yanğınla əlaqədar yaradılan Dövlət Komissiyasının ilk iclasında çıxışı zamanı aydın şəkildə münasibətini bildirdi: "Heç kim, xüsusilə bu hadisəyə aidiyyatı olan dövlət məmuru, böyük vəzifə sahibi məsuliyyətdən qaça bilməyəcək. Məsuliyyətli olmaq lazımdır. Cinayət törətmisənsə, get, cəzasını çək". Belə olan halda müxalifət bilməlidir ki, xalq həmişə dövlətin apardığı siyasəti dəstəklədiyi üçün onların keçirdikkləri mitinqlərə qatılmayıblar və bundan sonra da qatılmayacaqlar. Ona görə də, bu dəfəki çağırışları və lüzumsuz iddiaları ilə özlərini yandırdılar".

sia.az

Digər xəbərlər