PDF Oxu

Siyasət

  • 13

Eldar İbrahimov: "Səhv yolda olan məmurlar bu yoldan dönməlidirlər" MÜNASİBƏT

Eldar İbrahimov: "Səhv yolda olan məmurlar bu yoldan dönməlidirlər" MÜNASİBƏT

"İlham Əliyev hər bir azərbaycanlının qayğıkeş prezidentidir"

"Prezident İlham Əliyevin dünənki qətiyyətli çıxışını çox yüksək qiymətləndirirəm. Səhv yolda olan məmurlar var ki, onlar artıq bu yoldan dönməlidirlər". Bu fikirləri SİA-ya YAP İdarə Heyətinin üzvü, millət vəkili Eldar İbrahimov ölkə başçısı İlham Əliyevin Binəqədi rayonundakı 16 mərtəbəli yaşayış binasında baş vermiş hadisə ilə əlaqədar yaradılan komissiyanın iclasındakı fikirlərinə münasibət bildirərkən deyib.Millət vəkili qeyd edib ki, həmin faciəyə səbəb olan keyfiyyətsiz materialları satan kimlərdisə haqlı olaraq öz cəzasını çəkməlidirlər: "İnsanların taleyi ilə oynamaq olmaz. Əgər bunun tez alışan material olduğunu bilib və etinasız yanaşaraq binaları üzləyiblərsə, o zaman cavabını da verməlidirlər. Təbii ki, bu məsələlər araşdırılmalıdır. Prezident İlham Əliyevin çıxışı təkcə icra strukturlarında işləyən məmurlara yox, o cümlədən hər bir insana aiddir. Yəni, yolundan çıxan və pul qazanmaq üçün xalqına faciə törədən insanlara. Bu kimi halların qarşısı tez bir zamanda alınmalıdır. Hər hansı bir cinayət cəzasız qalmamalıdır və qalmayacaq da. Bunu Prezident İlham Əliyev öz çıxışında bir daha bəyan etdi. Onun Azərbaycanın hər bir vətəndaşına göstərdiyi diqqət və qayğı danılmazdır. Cənab İlham Əliyev hər bir azərbaycanlının prezidentidir".

sia.az

Digər xəbərlər