PDF Oxu

Siyasət

  • 8

Elçin Mirzəbəyli: "Baş verənlər dövlət başçısının ciddi nəzarətdədir" MÖVQE

Elçin Mirzəbəyli: "Baş verənlər dövlət başçısının ciddi nəzarətdədir" MÖVQE

Elçin Mirzəbəyli: "Müxalifətin yenidən bu hadisəni siyasiləşdirməsi heç bir nəticə verməyəcək"

"Müxalifət daxilində mənəvi dekradasiya prosesi çoxdan başlayıb. Əslində təəccüblənməyə dəyməz". Bunu SİA-ya açıqlamasında BAXCP sədr müavini Elçin Mirzəbəyli deyib.

E.Mirzəbəylinin sözlərinə görə, müxalifət hər zaman ayrı-ayrı insanların faciəsi üzərində öz həyatlarını, siyasi kareyalarını qurmağa çalışıblar: "Bu düşərgədə təmsil olunan insanların keçdikləri yola diqqət yetirsək birmənalı şəikldə bu sözləri nə qədər həqiqət olduğunu deyə bilərik. Konkret olaraq Əli Kərimlini götürək. Öz siyasi liderinə xəyanət edən və daha sonralar ətrafında olan insanların problem yaşamasına səbəb olan, onları yalnış yola yönəldən, hətta dövlətin, millətin mənafeyinin əleyhinə yönəldərək öz karyerasını və həyat tərzini qurmağa çalışan satqından bundan artığını gözləmək olmaz".

BAXCP sədrinin müavini xatırladıb ki, əslində Ə.Kərimli hər zaman eyni mövqedə sərgilənib: "Azərbaycanda "Evrovision" Mahnı Müsabiqəsində bu insanların dövlət əleyhinə apardığı təbliğat unudulmayıb. Ötən prezident seçkilərində bütün dəyərlərə zidd çıxaraq başqa bir dövlətin başçısına ünvanladıqları məktub da xalqımızın yadındadır. Özlərinin elan etdikləri Qərbə inteqrasiya yolunun əleyhinə olaraq fərqli bir istiqamətdə mövqe dəyişdirməyə başlamışdılar. Ə.Kərimli kimi adamların Azərbaycan mənafeyinə zidd olan qruplar və qrumlarla əlaqədə olduqları da xalqımıza bəllidir. Çünki bunu dəfələrlə faktlar da sübuta yetirib. Bu adamlar hətta dini radikal qruplardan da öz mənafeləri naminə istifadə etməyə çalışırlar. Radikallar öz siyasi avanturalarını insan faciəsi üzərində davam etdirməyə çalışırlar. Heç bir halda Azərbaycan xalqı bu satqınlara dəstək verməyəcək. Çünki Azərbaycan xalqı onların kimliyini yaxşı tanıyır".

E.Mirzəbəyli bildirib ki, bu günlərdə yaşayış binasının yanması ilə başlanan hadisələr dövlət başçısının ciddi nəzarətdədir: "Hadisə ilə bağlı ölkə Prezidentinin rəhbərliyi ilə yaradılmış Dövlət Komisiyasının ilk iclasında bütün bu məsələlərə aydınlıq gətirildi, ciddi şəkildə araşdırmalar aparılır. Bu gün ölkə Prezidenti mövcud olan problenmləri hər kəsdən yaxşı dəyərləndirməyi və o problemlərdən çıxış yollarını göstərməyi bacarır. Səslənən fikirlər və bəyanatlar da xalqımızın məhz belə məqamlarda dövlətin yanında olması da bütün bu avantraların qarşısını alır. Azərbaycan xalqı o körpələrə, o insanlara, onların xatirəsinə şam yandırmaqla dəstəyini nümayiş etdirdi və müxalifətin yenidən bu hadisəni siyasiləşdirməsi heç bir nəticə verməyəcək".

sia.az

Digər xəbərlər