PDF Oxu

Siyasət

  • 5

Sədaqət Vəliyeva: “İnsanların təhlükəsizliyi və rahat yaşayışı dövlətimizin ali məqsədidir” MÜNASİBƏT

Sədaqət Vəliyeva: “İnsanların təhlükəsizliyi və rahat yaşayışı dövlətimizin ali məqsədidir” MÜNASİBƏT

"Baş vemiş faciə hər bir Azərbaycan vətəndaşının, eyni zamanda, cənab Prezident İlham Əliyevin ciddi narahatlığına səbəb oldu". Bu fikirləri SİA-ya açıqlamasında millət vəkili, Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatının sədri Sədaqət Vəliyeva deyib.Millət vəkili qeyd edib ki, Dövlət başçısının hadisə yerinə baş çəkməsi, xüsusi Sərəncamla komissiya yaratması, onun ilk iclasını keçirməsi və bütün zəruri addımların atılması üçün təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi haqqında göstərişlər verməsi bir daha sübut etdi ki, insan amili Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin prioritetidir: "İnsanların təhlükəsizliyi və rahat yaşayışı dövlətimizin ali məqsədidir. Cənab Prezident İlham Əliyev dəfələrlə qeyd edib ki, Azərbaycanda dövlət siyasətinin prioritetini insanların yüksək rifah, firavan və təhlükəsiz yaşaması təşkil edir. Bu, demək olar ki, müasir Azərbaycan dövlətinin siyasətinin əsas xəttini təşkil edir. Ölkə başçısı hər bir addımında, verdiyi bütün qərarlarında ilk olaraq məhz insanları düşünür".Millət vəkili əlavə edib ki, Prezident İlham Əliyev əməlləri ilə dövlətçiliyin, müstəqilliyin möhkəmləndirilməsi və ölkənin inkişafı üçün siyasi-mənəvi keyfiyyətləri məmurlara aşılayır: "Bir dövlət rəhbərinin ad gününü qaçqın və məcburi köçkün vətəndaşları ilə birgə qeyd etməsi, bayram və matəm günlərində də xalqla bərabər olması onun xalqına olan münasibətinin səmimiliyindən irəli gəlir. Bu baxımdan da Prezident İlham Əliyev atdığı addımları və gördüyü işlərlə dövlətçiliyin, müstəqilliyin möhkəmləndirilməsi və ölkənin inkişafı üçün siyasi-mənəvi keyfiyyətləri də məmurlara aşılayır".Sədaqət Vəliyeva onu da vurğulayıb ki, vəzifəli şəxslər xalqın qayğıları ilə maraqlanmalı, onların qarşılaşdıqları problemlərin həll edilməsinə maksimum dərəcədə köməklik göstərməlidir: "Çünki hər bir ölkənin inkişaf səviyyəsinin əsas göstəricilərindən birini də vətəndaş-məmur münasibətlərinin və xalqa xidmətin səviyyəsi təşkil edir. Artıq Prezident İlham Əliyev bu münasibətlərdə nümunə təqdim edir. Düşünürəm ki, məmurlar da dövlət başçısından nümunə götürməli və göstərilən etimadı doğrultmalıdır".

sia.az

Digər xəbərlər