"Yaşayış binasında baş vermiş yanğın hadisəsi hər birimizin üzüntüsünə səbəb oldu. Prezident İlham Əliyevin hadisə yerində olması, Mehriban xanım Əliyevanın hadisədən zərər çəkmiş xəstələri ziyarət etməsi və dərhal dövlət komissiyasının yaradılması, Prezident İlham Əliyevin rəhbərliyi ilə komisiyanın iclasının keçirilməsi Azərbaycanda insan faktoruna, insan amilinə verilən yüksək qiymətdir". Bu fikirləri SİA-ya açıqlamasında millət vəkili Jalə Əliyeva deyib.Millət vəkili qeyd edib ki, Prezident İlham Əliyev bu günə kimi söylədiyi bütün fikirlərində vətəndaşlarımızın rifahını, məmur-vətəndaş birliyini dilə gətirib: "Məhz keçirilən toplantı da bunu bir daha təsdiq etmiş oldu. Cənab Prezident əsas məsələ kimi məmurlardan vətəndaşlarımıza xidmət göstərməyi və tutduqları vəzifədən sui-istifadə etməməyi, ölkəmizin inkişafı və vətəndaşlarmızın rifah halının yüksəlməsi üçün əllərindən gələni etməli olduqlarını bir daha onlara çatdırmış oldu. Düşünürəm ki, Prezident İlham Əliyevin mövqeyi hər birimiz üçün bir örnəkdir. Vəzifəsindən və kimliyindən asılı olmayaraq, hər birimiz baş verən hadisələrə biganə yanaşmamalı, xalqın yanında olmalıyıq".
sia.az