PDF Oxu

Siyasət

  • 23

"Avropa Oyunları: Gözləntilər və nəticələr"

"Avropa Oyunları: Gözləntilər və nəticələr"

"Səs" qəzetində bu mövzuda növbəti dəyirmi masa keçirilib

(Əvvəli ötən sayımızda)

"Səs" qəzetinin təşkilatçılığı ilə "Avropa Oyunları: Gözləntilər və nəticələr" mövzusunda dəyirmi masa keçirilib. Dəyirmi masada Milli Məclisin Regional Məsələlər Komitəsinin sədri Arif Rəhimzadə, Bakı şəhər Gənclər və İdman İdarəsini rəisi Raqif Abbasov, "İki Sahil" qəzetini baş redaktoru, YAP Siyasi Şurasının üzvü Vüqar Rəhimzadə, "Yeni Azərbaycan" qəzetinin baş redaktoru, siyasi elmlər doktoru Hikmət Babaoğlu, "Bakı Xəbər" qəzetinin baş redaktoru, "Bakı-2015: I Avropa Oyunlarına Dəstək" Vətəndaş Koalisyasının həmsədri Aydın Quliyev, "Bakı-2015: I Avropa Oyunlarına Dəstək" Vətəndaş Koalisyasının həmsədri Rufiz Qonaqov, iqtisadçı-ekspert Vüqar Bayramov, "İrəli" İctimai Birliyinin sədri Mirhəsən Seyidov, Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin ofisinin rəhbəri Əli Pənahov, Sabitlik və İnkişaf Mərkəzi İctimai Birliyinin sədri Rasim Məmmədov, Qloballaşma və Milli Həmrəylik İctimai Birliyinin sədri Həsən Qarayev iştirak ediblər.

Tədbir Binəqədi rayonunda baş verən yanğın zamanı həlak olanların xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb.

Bəhruz Quliyev: "Azərbaycan yüksək səviyyədə və uğurla İlk Avropa Oyunlarını keçirməklə dünya xalqlarının yaddaşında dərin iz buraxacaq"

Dəyirmi masanı giriş sözü ilə açan "SƏS" Media Qrupunun rəhbəri, fəlsəfə üzrə fəlsəfə doktoru Bəhruz Quliyev ölkəmizdə keçiriləcək İlk Avropa Oyunları ilə Azərbaycanın yeni bir tarixə imza atacağını bildirdi. Bu kimi beynəlxalq miqyaslı idman tədbirlərinin keçirilməsi üçün ilk olaraq maliyyə, təhlükəsizlik və təcrübə başlıca amildir. Dünyada maliyyə böhranının hökm sürməsinə baxmayaraq Azərbaycan iqtisadi inkşafa nail olub. Avropa Olimpiya Komitəsi İlk Avropa Oyunlarının Azərbaycanda keçirilməsinə qərar verdi. Çünki Azərbaycanın belə bir möhtəşəm tədbirə yüksək səviyyədə ev sahibliyi edə biləcəyinə inam, etimad var idi. Azərbaycan ictimai sabitliyin qorunmasına görə nəinki regionda hətta dünya ölkələri sırasında ön cərgələrdədir. Azərbaycan yüksək səviyyədə və uğurla İlk Avropa Oyunlarını keçirməklə dünya xalqlarının yaddaşında dərin iz buraxacaq.

Arif Rəhimzadə: "Azərbaycana qarşı aparılan bütün qarayaxma kampaniyalarına cavabımızı verməliyik"

- Gənclərin burada olmasından istifadə edərək tövsiyə edərdim ki, sosial şəbəklərdə daha fəal olsunlar. İlk Avropa Oyunları haqqında məkrli niyyətli insanları məntiqli cavabları ilə susdurmağı bacarmalıdırlar. Bir çox hallarda məkrli qüvvələrə faktlarla cavab verilmir. Bu baxımdan da, çox istərdim ki, gənclər fəallıqlarını bir qədər də artırsınlar. Burada yalnız Avropa Oyunlarından söhbət getmir. Ümumiyyətlə, Azərbaycana qarşı aparılan bütün qarayaxma kampaniyalarına cavabımızı verməliyik.

Vüqar Bayramov: "İlk Avropa Oyunları iqtisadiyyatımız üçün cari gəlirlər deməkdir"

- İlk Avropa Oyunları idmanla bağlı olsa da, ilk öncə iqtisadi bir təşəbbüsdür. Bu isə Azərbaycan iqtisadiyyatına bir sıra dividendlər qazandıracaq. Çox təəssüf ki, "qara piar" kampaniyalarında birinci olaraq oyunlara xərclənən vəsaiti əldə edilən cari gəlirlərlə müqayisə edirlər. Bu isə tamamilə yalnışdır. İlk Avropa Oyunları iqtisadiyyatımız üçün cari gəlirlər deməkdir. Hansı ki, kiçik və orta sahibkarlar, vətəndaşlarımız bunu öz həyatlarında hiss edə biləcəklər. Nəzərə alsaq ki, beynəlxalq standartlara görə, ölkəyə gələn hər bir turist orta hesabla min dollar vəsait xərcləyir, o zaman oyunları izləməyə gələn hər bir xarici qonaq iki min dollar ölkə iqtisadiyyatına sərmayə yönəltmiş olacaq. Bu turizm sektorunun inkişafına birbaşa öz müsbət təsirini vermiş olacaq. Ölkəyə gələn turist təbii ki, xarici valyuta ilə gəlir və o valyutanı manata çevirəcək. Bununla da praktiki olaraq xarici valyuta təklifinin artması, ona uyğun şəkildə də manata tələbin artmasına gətirib çıxaracaq. Bu isə Mərkəzi Bank üçün olduqca vacib amildir. Nəzərə alsaq ki, İlk Avropa Oyunları zamanı ölkəmizə yüz min turist gələcək, o zaman bunu deyə bilərik ki, valyuta bazarına 200 min dollar vəsait daxil olacaq. Ölkəyə gələn tursitlər ilk öncə plastik kartlardan istifadə etməyə meyil göstərir. Bu da bank sektorunun gəlir əldə etməsi deməkdir. Yayım, reklam sponsor gəlirləri də cari gəlir əldə etməyin digər bir tərəfidir. Turistlər bir sıra xidmətlərdən istifadə edəcklər ki, bununla da vətəndaşlarımızın gəlir əldə etməyinə zəmin yaranacaq. Ölkənin tanıdılması təkcə siyasi-mədəni baxımdan deyil, iqtisadi baxımdan da həyata keçirilməlidir. I Avropa Oyunları Azərbaycana daha dayanıqlı şəkildə investisya cəlb etməyə nail olacaq. Bu layihəni rentabelli iqtisadi bir layihə adlandırmaq daha doğru sayılardı.

Rasim Məmmədov: "Diaspora təşkilatı olaraq dövlətin həyata keçirdiyi siyasətə geniş şəkildə dəstək veririk"

- Avropanın əksər ölkələrində Avropa Oyunları və bu mötəbər idman yarışına hazırlıqla bağlı geniş təqdimatlar keçirilir. Birmənalı şəkildə demək olar ki, avropalılar Azərbaycanla bağlı artıq geniş məlumatlara malikdirlər. Yüz mindən çox insanın Avropa Oyunlarına bilet alması da bunu təsdiq edir. Bu tədbirlər yalnız fərdlərin deyil, ümumi vətəndaşların təbliğ və təqdim edəcəyi bir məsələdir. Biz də, öz növbəmizdə diaspora təşkilatı olaraq dövlətin həyata keçirdiyi siyasətə geniş şəkildə dəstək veririk. Təməli Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan müstəqil Azərbaycanın bütün sahələri inkişaf etdiyi kimi, idman sahəsi də günü-gündən inkişaf edir. Bu oyunlar Azərbaycana bir şərəf gətirməklə yanaşı, eyni zamanda, erməni lobbisinə xidmət edənlərə layiqli cavabdır.

Mirhəsən Seyidov: "Oyunlar uğurla başa çatacaq və dünya xalqlarının beynində və hafizəsində unudulmayacaq izlər buraxacaq"

-İlk Avropa Oyunlarına ev sahibliyi etmək Azərbaycanın beynəlxalq müstəvidə bu günə kimi görüdyü işlərin nəticəsidir. Azərbaycanın dünyada yerinin və rolunun möhkəmlənməsi bəzi qüvvələri ciddi narahat edir. Bu baxımdan birinci Avropa Oyunlarını "boykot" çağırışı ilə çıxış etməklə Azərbaycanın iqtisadi maraqlarına zərbə vurmaq və hakimiyyətlə xalq arasında etimadsızlıq mühiti yaratmağa çalışırlar. Biz gənclər olaraq bu cür qüvvələrə qarşı istər sosial şəbəklərdə, istərsə də beynəlxalq tədbirlərdə sərt mövqeyimizi və etirazımızı bildiririk. Təbii ki, Birinci Avropa Oyunlarında gənclər qonaqların qarşılanmasında, yerləşdirilməsində və digər məsələlərdə yaxından iştirak edəcəklər. Həyata keçirilən uğurlu işlərin nəticəsi olaraq, demək olar ki, oyunlar uğurla başa çatacaq və dünya xalqlarının beynində və hafizəsində unudulmayacaq izlər buraxacaq.

Əli Pənahov: "YAP-ın üzvü olan hər bir gənc Avropa Oyunlarının texniki-təşkilatı işlərində yaxından iştirak edir"

- YAP-ın üzvü olan hər bir gənc Avropa Oyunlarının texniki- təşkilatı işlərində yaxından iştirak edir. Oyunların təbliğatı məsələlərində ən böyük sosial şəbəklər olan "facebook" və "tvitter" də gücləndirilmiş şəkildə işlərimizi davam etdiririk. Partiyamızın gəncləri bu məqsədlə müxtəlif layihələr, eləcə də flaşmoblar keçirməyi planlaşdırır.

Həsən Qarayev: "Azərbaycan bu oyunları Yay Olimpia Oyunları səviyyəsində keçirmək əzmindədir"

- Azərbaycan bu oyunları Yay Olimpia Oyunları səviyyəsində keçirmək əzmindədir. Bunun üçün hər cür imkan və şərait mövcuddur. Dünya xalqları 2 min il keçməsinə baxmayaraq Yunanıstanda keçirilmiş Olimpia Oyunlarını unutmadıqları kimi, ilk Avropa Oyunlarına ev sahibliyi etmiş Azərbaycanı da unutmayacaqlar.

İNTİZARƏ MƏMMƏDOVA

Digər xəbərlər