PDF Oxu

Siyasət

  • 13

Musa Quliyev: “Kimin-kim olduğu ortaya çıxacaq” AÇIQLAMA

Musa Quliyev: “Kimin-kim olduğu ortaya çıxacaq” AÇIQLAMA

Binəqədi rayonunda baş verən yanğın hadisəsi ağır bir faciədir. Bütövlükdə bu, hamının faciəsidir". Bunu SİA-ya Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, millət vəkili Musa Quliyev Binəqədi rayonunda baş verən yanğın hadisəsindən müxalifətin öz siyasi məqsədləri üçün istifadə etməsinə münasibət bildirərkən deyib.Deputatın sözlərinə görə, dünyanın hər bir yerində haradasa günahsız bir insan ölürsə, bu insanlığın faciəsi sayılır: "Beləcə heç kəs faciəyə sevinməməli və bunu öz xeyri üçün dəyərləndirməməlidir. Əksinə o faciənin aradan qaldırılması, faciə qurbanlarının əziyyətlərinin, əzablarının azaldılması üçün tədbir görməlidir. Mən düşünmürəm ki, azərbaycanlı qanı olan kimsə bundan sevinsin və yaxud öz maraqları üçün istifadə etsin. Bu, hər halda anti-insani, anti-hümanist bir hərəkətdir. Hətta insan öz düşməninin faciəsindən yararlanmağı da özünə sığışdırmır".M. Quliyev bildirib ki, müxalifətin heç nəyi öz xeyirlərinə dəyişmək imkanı yoxdur: "Hökumət öz qarşısına qoyduğu məsələləri həll edir, xalqın qarşısında götürdüyü öhdəliklərin öhdəsindən gəlir. Buna görə də iqtidarın nüfuzu yüksəkdir. Əgər ciddi hadisə baş verərsə belə, yenə də müxalifət bunu öz xeyrinə dəyişə bilməyəcək. Çünki onların dəstəyi çox zəifdir".YAP rəsmisi əlavə edib ki, bu gün Azərbaycan böyük tarixi hadisə ərəfəsindədir: "Azərbaycanda Avropanın ilk oyunları keçiriləcək. Bütün dünyanın marağı ölkəmizdədir. Bu da heç şübhəsiz ki, Azərbaycanın dünyada mövqeyini daha da möhkəmləndirəcək, güncləndirəcək bir addım olacaq. Müxalifət yaxşı olar ki, bütövlükdə milli və dövlət maraqlarını, eləcə də ölkəmizin dünyada yerinin, nüfuzunun artmasını, yüksəlməsini düşünsün. Hesab edirəm ki, bu, daha doğur olardı. Bildiyiniz kimi, bu il parlament seçkiləri ilidir. Seçkidə hər kəs öz platformasını ortaya qoya və təbliğatını apara bilər. Beləcə, seçkilərdə kimin-kim olduğu ortaya çıxacaq".

sia.az

Digər xəbərlər