PDF Oxu

Siyasət

  • 10

Ombudsman zərərçəkənlərə baş çəkdi

Ombudsman zərərçəkənlərə baş çəkdi

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova Binəqədi rayonundaki çoxmərtəbəli yaşayış binasında baş vermiş yanğınla əlaqədar zərərçəkmiş ailələrə baş çəkib. Qurumun mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, o, Dövlət Sərhəd Xidmətinin Görədil qəsəbəsindəki "Sərhədçi" istirahət mərkəzinə gedərək,orada kotteclərdə yerləşdirilmiş ailələrlə görüşüb. Müvəkkili Binəqədi rayonu İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva və rayon bələdiyyəsinin sədri Sitarə Cabbarlı müşayiət ediblər.Qeyd olunmalıdır ki, bu mərkəzdə səkkiz ailə üçotaqlı doqquz kottecdə yerləşdirilib. E.Süleymanova həmin ailələrin üzvləri ilə görüşüb söhbət edib. Ailə başçısı İdris Xəlilovla söhbət zamanı o, zərər çəkən ailələr üçün yaradılmış şəraitidən razı olduqlarını, kotteclərin hər cür müasir avadanlıqla, televizorla təmin edildiyini, onlara diqqət və qayğı ilə yanaşıldığını, xoş rəftar göstərildiyini, burada məskunlaşmış ailələrin şəhərə gedib-gəlməsi üçün xüsusi avtobus ayrıldığını söyləyib.Digər ailə ilə görüş zamanı dörduşaqlı ana Mənsurə Həmidli bu il övladlarından birinin ali məktəbə qəbul imtahanı verəcəyini, qarşıdakı sınaqlara hazırlaşdığını söyləyib. Müvəkkil hər iki ailənin üzvlərinə onların ehtiyaclarının, problemlərinin həllində səlahiyyətləri çərçivəsində yardım göstərməyə hazır olduğunu bildirib.Müvəkkil kotteclərə və yeməkxanaya baxış keçirib. Zərərçəkmiş ailələrin üzvləri onlara vaxtında yüksək keyfiyyətli yeməklər, meyvə-tərəvəz verildiyini, 24 saat ərzində tibb xidməti ilə təmin olunduqlarını, kommunal xidmətlərlə təmin edildiklərini söyləyiblər. Ombudsman məktəblilərə qısa zamanda zəruri dərs vəsaiti verilməsini, habelə psixoloq dəstəyinin vacibliyini vurğulayıb. Zərərçəkmiş ailələrin üzvləri Müvəkkilə onlara göstərdiyi qayğı və diqqətə görə təşəkkür ediblər. Dövlət Sərhəd Xidmətinin Mənəvi psixoloji hazırlıq idarəsinin rəisi, həkim-psixoloq Vəli Nağıyev Ombudsmana yanğın zamanı ağır stress və həyəcan keçirmiş insanların vəziyyətinin, sağlıq durumunun diqqətdə saxlanıldığını, onlara zəruri tibbi-psixoloji məsləhətlər verildiyini bildirib.E.Süleymanova müəssisənin rəhbərliyinə burada yerləşdirilmiş ailələrlə bağlı müvafiq tövsiyələr verib. "Sərhədçi" istirahət mərkəzində yerləşdirilən ailələrə Dövlət Sərhəd Xidməti tərəfindən də əlavə maddi yardım göstərilib.

sia.az

Digər xəbərlər