PDF Oxu

Siyasət

  • 6

“İlk Avropa Oyunlarına sən də qoşul” TƏDBİR

“İlk Avropa Oyunlarına sən də qoşul” TƏDBİR

Bu gün Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin və "Səs" Media Qrupunun birgə təşkilatçılığı ilə "İlk Avropa Oyunlarına sən də qoşul" layihəsi çərçivəsində tədbir keçirilib.Tədbirdə YAP Gənclər Birliyinin sədri Seymur Orucov, "Səs" Media Qrupunun rəhbəri Bəhruz Quliyev, YAP GB-nin ofis rəhbəri, sədr müavini Əli Pənahov, YAP GB-nin rayon təşkilatlarının sədrləri və gənc fəallar iştirak ediblər.Binəqədi rayonunda baş verən yanğın zamanı həlak olanların xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə öz işinə başlayan tədbiri giriş sözü ilə açan "Səs" Media Qrupunun rəhbəri Bəhruz Quliyev gəncləri salamalayaraq qeyd edib ki, belə bir genişmiqyaslı tədbirlərin keçirilməsində gəncliyin gücünə, gəncliyin potensialına ehtiyac var: "İlk Avropa Oyunlarına hazırlıqla əlaqədar ölkəmizdə fəaliyyət göstərən gənclər təşkilatları və eyni zamanda könüllülər bu işdə aktiv iştirak edirlər ki, onların da ön sıralarında YAP gəncləri gedir. Azərbaycanın bu oyunlara necə hazırlaşdığını, oyunlar çərçivəsində hansı işlərin görüldüyünə dair təbliğat gənclərimiz tərəfindən yüksək səviyyədə aparılır. Burada da xüsusilə sosial şəbəkələrdə fəaliyyət göstərən gənclərimizin işini örnək göstərmək yerinə düşərdi. Azərbaycanın belə bir möhtəşəm tədbirə ev sahibliyi etməsini bütün dünyada təbliğ etmək hər birimizin vətəndaş borcudur. Bu məsələdə medianın üzərinə nə qədər yük düşürsə, o cümlədən gəncliyin də üzərinə böyük və ağır məsuliyyət düşür. Ümumiyyətlə, Azərbaycan gəncləri güclü potensiala malik gənclərdir və biz onlara güvənirik. Siyasi proseslərdə, irimiqyaslı layihələrdə gənclik öz gücünü ortaya qoymaqla bir növ hesabat verməlidir. Bu baxımdan da hesab edirəm ki, ilk Avropa Oyunları məhz Azərbaycan gəncliyinin hesabatıdır".B.Quliyev həmçinin Avropa Olimpia Komitəsinin Azərbaycana göstərdiyi inam və etimaddan bəhs edərək qeyd edib ki, Azərbaycan Avropa Oyunları tarixinin ilkinə imza atacaq: "Əgər bu oyunlar Azərbaycandan başlayırsa, demək Azərbaycan yeni nümunə, yeni model ortaya qoymalıdır ki, növbəti oyunlara ev sahibliyi edən ölkələr də bu modeldən istifadə edə bilsinlər. Bəzən siyasətçilər, iqtisadçılar, sosioloqlar haqlı olaraq dünyada Azərbaycanın özünün yeni model formalaşdırdığını deyirlər. Dövlətimizin ortaya qoyduğu model bu gün dünyada istifadə olunmaqdadır. Biz bundan yalnız qürur hissi duya bilərik"."Səs" Media Qrupun rəhbəri eyni zamanda Azərbaycanın birinci xanımı, ilk Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanın fəaliyyətini xüsusi olaraq diqqətə çatdırıb. O qeyd edib ki, I Avropa Oyunlarının təşkilatçılığında Mehriban xanımın timsalında xanım incəliyi, xanım dəqiqliyi özünü göstərdi: "Dövlətin oyunların yüksək səviyyədə uğurla başa çatması üçün uğurlu işlər həyata keçirməsinə baxamayaraq, biz də vətəndaş olaraq bu və ya digər məsələlərdə dövlətin yanında olmalı, ona dəstək verməliyik".

Daha sonra çıxış edən YAP GB-nin sədri Seymur Orucov I Avropa Oyunlarının ölkəmiz, gənclərimiz üçün əhəmiyyətindən danışaraq bildirib ki, bu bizim üçün ən böyük nəaliyyətlərdən biridir: "Ola bilsin ki, kimlərsə bunun əhəmiyyətini o qədər də dərk edə bilmir. Amma zaman keçdikcə bu əhəmiyyəti anlayacaqlarına əminik. Azərbaycan 2015-ci ildə dünyada çox nüfuzlu səslənən Avropa Oyunlarına qucaq açacaq. Əlbəttə, yalnız paytaxtda deyil, ölkəmizin hər yerində böyük bir idman hadisəsi, sevinci, bayramı yaşanacaq. İki il ərzində ölkəmizdə beynəlxalq standartlara cavab verən idman qurğularının tikilməsi, infrastrukturun yenilənməsi aparılan doğru, düzgün siyasətin təcəssümüdür. Ulu Öndərin qurduğu, Ölkə prezidenti İlham Əliyevin davam etdirdiyi müstəqil Azərbaycan Respublikasının qüdrətidir. Təbii ki, yarış uğurla başa çatdıqdan sonra tikilən yeni stadionlar gənclərimizin ixtiyarına veriləcək. Gənclərə burada öz fəaliyyətlərini davam etdirməyə şərait yaradılacaq. Biz YAP gəncləri olaraq bu günə kimi bir çox layihələrə imzamızı atmışıq. Bundan sonra da öz uğurlu nəticələrimizlə yadda qalmağı qarşımıza məqsəd qoymuşuq. Ona görə də, Gənclər Birliyi olaraq bu oyunlarda da mütəşəkilliklə iştirak edib, öz gücümüzü, öz potensialımızı nümayiş etdirməliyik. Dövlətimiz bu oyunların hazırlanmasına olduqca diqqət edir. Xalqımız, xüsusilə də paytaxt sakinləri və Azərbaycanın idman ictimaiyyəti hazırlıq işlərini həvəslə izləyir. İnanıram ki, məhz bu dəstək bizə faydalı olacaqdır. Biz əlimizdən gələni edəcəyik ki, 2015-ci ildə Bakıda keçiriləcək Avropa Oyunları bu sahədə yeni tarix yazsın".Çıxış edənlər YAP Suraxanı rayon təşkilatı GB-nin sədri Kənan Kərimov, YAP Pirallahı rayon təşkilatı GB-nin sədri Orxan Babayev, GB-nin ofisinin əməkdaşları Aygün Seyidzadə, Əli Qənbərli, Aytən Məmmədova, Orxan Fəxrəddinov və Həbibə Abbasova ölkəmizdə keçiriləcək İlk Avropa oyunlarına xüsusi maraqla hazırlaşdıqlarını qeyd edərək bildiriblər ki, bu mötəbər tədbir həm onlar üçün yaxşı bir təcrübə olacaq. Bildirilib ki, gənclər beynəlxalq yarış və tədbirlərin artıq ayrılmaz hissəsinə çevrilib. Bu baxımdan ilk Avropa Oyunları da istisna deyil. YAP gəncləri Avropa Oyunlarına böyük bir könüllü heyyəti və komandası ilə gedir ki, bu könülülər yarışlar öncəsi və yarışlar müddətində istər xaricdən gələn idmançılara, istərsə də digər qonaqlara xidmət göstərmək üçün onlara yardımçı olacaq, təşkilatı-texniki işlərdə köməklik göstərəcəklər. Gənclər həmçinin uğurlu fəaliyyətlərinin bariz nəticəsini oyunlar ərəfəsində və oyunlardan sonra görəcəklərinə inandıqlarını söyləyiblər.Tədbir gənclərin mövzu ətrafında diskusiyaları ilə davam etdirilib.

sia.az

Digər xəbərlər