Fuad Qəhrəmanlı: "Heç bir şəxsi iddiam olmayıb"
"Bu adam partiyadan çıxarılıb. Ağlına gələni danışmamalıdır". Sözügedən fikirləri SİA-ya Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədrinin müavini Fuad Qəhrəmanlı AXCP Nərimanov rayon təşkilatının təşkilati məsələlər şöbəsinin müdiri Ağaşirin Tanrıverdioğlunun təşkilat sıralarından çıxarılmasında qarşı tərəfin məhz onu ittiham etməsinə münasibətini bildirərkən deyib.Sədr müavini bildirib ki, Ağaşirin Tanrıverdioğlu heç də özü istefa verməyib, onu partiyanın rəhbər strukturlarının qərarı ilə təşkilat sıralarından xaric ediblər: "Bu baxımdan, mənim partiyadan çıxarılmış şəxslə bağlı heç bir şəxsi iddiam olmayıb".Fuad Qəhrəmanlı keçmiş cəbhəçinin Milli Şuranın mitinqi ilə bağlı irəli sürdüyü ittihamlarına da münasibət bildirib. Belə ki, Ağaşirin Tanrıverdioğlu mətbuata açıqlamasında bildirib ki, Milli Şuranın mitinqlərindən öncə, Fuad Qəhrəmanlı mitinq iştirakçılarına daha çox AXCP sədri Əli Kərimlinin çıxışını tələb etmələrini tapşırıb. Partiyanın sədr müavini bunu cəfəngiyyat adlandırıb: "Ümumiyyətlə, irəli sürülən iddialar əsassız və cəfəngiyyatdır. Ona görə də mən belə insanlların fikrilərinə əhəmiyyət vermirəm".Xatırladaq ki, Ağaşirin Tantıverdioğlu daha öncə verdiyi açıqlamasında yalnız Fuad Qəhrəmanlını deyil, eləcə də partiya sədri Əli Kərimlini və sədr müavini Gözəl Bayramlını da günahlandırmışdı. O, həmçinin qeyd etmişdi ki, Əli Kərimli bu vasitə ilə Cəmil Həsənlini Milli Şuranın sədrliyindən kənarlaşdırıb, Fuad Qəhrəmanlını onun yerinə təyin etmək istəyir.
sia.az