Ermənistan tərəfi nəinki I Avropa Oyunları ərəfəsində, eləcə də adi günlərdə də cəbhədə təxribatçı hərəkətlərə yol verir". Bunu SİA-ya Milli Məclisin Təhlükəsizlik və Müdafiə komitəsinin üzvü Adil Əliyev deyib.Millət vəkilinin sözlərinə görə, işğalçı ölkənin təxribatçı əməllərinin arxasında bir çox məqamlar dayanır: "Biz açıq-aşkar bilirik ki, ermənilər bizim düşmənimizdir və onlar öz himayədarları, havadarları ilə birgə 20 faiz torpaqlarımızı işğal edib. Ancaq bizi istəməyən, Azərbaycanın uğurlarına sevinməyən başqa dövlətlər də var. Onlar I Avropa Oyunları ərəfəsində müəyyən təxribat xarakterli məlumatların yayılması ilə məşğuldur. Rəsmi İrəvan mütəmadi olaraq Azərbaycanda aranı qarışdırmaq, ölkəmizə gələn qonaqları qorxutmaq, Azərbaycanla iş görmək istəyən dövlətləri öz fikirlərindən yayındırmaq üçün əllərindən gələn təxribatlarla məşğuldur. Onların bu təxribatını artıq bütün dünya bilir".
sia.az