"Azərbaycan Respublikası ATƏT-in Minsk Qrupunun həmsədrləri tərəfindən vasitəçilik edilən danışıqlar prosesində iştirak edir". Bunu SİA-ya Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev cəmiyyət arasında ATƏT-in Minsk qrupuna qarşı inamsızlığın azalmasına münasibət bildirərkən deyib.XİN rəsmisinin sözlərinə görə, 2014-cü ildə danışıqlar prosesində müəyyən pozitiv inkişaf özünü göstərib: "ATƏT-in Minsk qrupunun fəaliyyətində əsas özünü göstərməyən məqam ondan ibarətdir ki, yəni hər hansı fikirlər, qərarlar olduğu bir halda onun icra mexanizmi təmin olunmalıdır. Yəni hansısa məsələ ortaya atılır və Ermənitan öz destruktiv siyasətinə sadiq qalaraq ona münasibətdə neqativ mövqe nümayiş etdirdiyi halda bu məsələ gündəmdən düşməməlidir. Əksinə onun həyata keçirilməsi təmin olunmalıdır. Dəfələrlə həmsədlər qarşısında, eləcə də ATƏT-in Minsk qrupu çərçivəsində məsələ qaldırılıb ki, onlar tərəfindən Ermənistana münasibətdə vadaredici və məcburedici tədbirlər həyata keçirilməlidir. Təbii ki, bu da sülhə məcburetmə fəaliyyətidir".Hikmət Hacıyev həmçinin Ermənistanın ikili standartlarına da münasibət bildirərək deyib ki, təəssüflər olsun ki, beynəlxalq münasibətlərdə ikili standartlara əsaslanan yanaşmalar davam edir: "Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi kontekstində də biz bu ikili standartların növbəti təcəssümünü görmüş oluruq. Baxmayaraq ki, Ermənistan tərəfindən Azərbaycana təcavüz törədilib və qanlı etnik-təmizləmə var. Rəsmi İrəvanın bir təcavüzkar dövlət kimi fəaliyyətinə aydın və birmənalı qiymət verilmir. Məhz bunun müqabilində də Ermənistandan beynəlxalq hüquqa, öz öhdəliklərinə riayət olunması tələb olunmur. Bu sadəcə olaraq ikili standartlara yanaşmanın bir təzahürüdür".
sia.az