PDF Oxu

Siyasət

  • 12

Azərbaycan hər zaman dialoq mühitinə açıq olub

Azərbaycan hər zaman dialoq mühitinə açıq olub

Hətta haqsızlıq və birtərəfli münasibət olduğu halda belə!

AXCP-yə yaxın mətbu orqan kimi tanınan "Azadlıq" qəzeti son zamanlar guya Amerikanın Azərbaycana qaşrı "sərt siyasət" yürütməsi ilə bağlı iddialarla çıxış edir bununla da açıq-açığına iki ölkə arasında mövcud olan əməkdaşlığa kölgə salmağa çalışır. Guya ABŞ-ın Azərbaycan hakimiyyətinə "sərt üz göstərmək" qərarına gəldiyini iddia edən həmin tərəf bununla növbəti qərəz və düşmənçilik mövqelərini açığa çıxarmış olublar. Belə ki, ilk növbədə Əli Kərimlinin göstərişi ilə məqalələr dərc edən, müsahibələr alan adıçəkilən mətbu orqan hələ də anlamır ki, Azərbaycanda yürüdülən siyasət müstəqil və qətiyyətlidir. Bu barədə ölkə başçısı da dəfələrlə vuğulayıb. O öz çıxışlarında qeyd edib ki, Azərbaycanla heç bir dövlət təzyiq dili ilə göstəriş verməklə, şərt irəli sürməklə danışa bilməz.

Məgər burada bir-birini təkzib edən amillər yoxmudur?!

Ancaq görünən budur ki, həmin mövcudluğu - Azərbaycanın müstəqil siyasət yürüdərək, dünyada söz sahibinə çevrilməsi faktorunu qaralamağa çalışan radikallar və satqınlar zümrəsi məhz bu kimi amillərlə gah bir müddət əvvəl ABŞ dövlət katibinin insan hüquqları üzrə köməkçisi Tom Malinovskinin Azərbaycana səfərinin təxirə düşməsini, gah da 2013-cü il prezident seçkiləri ərəfəsində (?!-R.N.) ABŞ Dövlət Departamentinin digər yüksək vəzifəli nümayəndəsi Tomas Melianın da ölkəyə gəlişinin təxirə salınması üzərində manipulyasiyalar edir.

Daha bir maraqlı məqqama diqqət yetirək. Məsələn, hələ bir müddət öncə, Əli Kərimlinin göstərişi ilə "Azadlıq" qəzeti yazırdı ki, guya ABŞ dövlət katibinin insan hüquqları üzrə köməkçisi Tom Malinovski Azərbaycana səfər etmək istəyib, lakin Azərbaycan hökuməti buna razı olmayıb (?!-R.N.). İndi isə məhz həmin mətbu orqan tərəfindən bildirilir ki, guya ABŞ Azərbaycanla dialoq məsələsini "təxirə salıb", bu baxımdan da Malinovskinin ölkəmizə səfəri baş tutmayıb. Məgər burada bir-birini təkzib edən amillər yoxmudur?!

Ancaq müxalifətyönümlü saytlardan biri olan "Turan" agentliyi də "Azadlıq"dan geri qalmayaraq, ABŞ-Azərbaycan arasında mövcud olan əməkdaşlıq faktoruna qarşı kampaniyada öz "mülahizələri" ilə çıxış edib. Məsələn, "ekspert rəyi" adı altında inandırıcı görünməyən iddialarla çıxış edən adıçəkilən agentlik yazır ki, guya Amerika siyasiləri Azərbaycanda "siyasi məhbus" məsələsinə, eləcə də "repressiya" amilinə etiraz olaraq, dialoq işində iştirak etməməyi qərara alıb və buraya "anti-ABŞ" kampaniyası da əlavə edilib.

Radikal müxalifət mediası bu məsələni əlində bayraq edərək, indi də ABŞ-Azərbaycan münasibətlərinin "korlanmasından" dəm vuran məlumatlar yayır

Halbuki Azərbaycan mediasının müxtəlif orqanları da dünyanın bir çox media kimi son zamanlar ABŞ-da baş qaldırmış irqi ayrıseçkiliklərlə, polislərin qaradərililərə qarşı amansız davranışları ilə, o cümlədən, ABŞ məhkəmələrinin silah işlədərək qaradərililəri qətlə yetirən polisləri həbs etməməsi ilə bağlı tənqidi məqalələr yazır, ekspert rəyləri ilə ictimaiyyəti məlumatlandırırdı. Yəni burada hər hansı bir qərəzdən söhbət gedə bilməz. Ancaq radikal müxalifət mediası bu məsələni əlində bayraq edərək, indi də ABŞ-Azərbaycan münasibətlərinin "korlanmasından" dəm vuran məlumatlar yayır. Əlbəttə ki, ABŞ-da fəaliyyət göstərən erməni lobbisinin maddi dəstəyi, o cümlədən, erməni lobbisi ilə iş birliyində olan bir sıra amerikalı diplomatların əlləri ilə. Yəni bu, bir faktır, faktı isə danmaq qeyri-mümkündür. Bu baxımdan, "Vaşinqton Azərbaycan hakimiyyətinə sərt üz göstərmək qərarına gəlib" tipli yazılarla çıxış etməklə, nə "Azadlıq", nə də ki, ondan geri qalmayan "Turan" heç bir məqsədə nail ola bilməyəcək.

Rövşən NURƏDDİNOĞLU

P.S. Yeri gəlmişkən, adicə ölkə daxilində hakimiyyətlə dialoqa getməkdən min bir üsullarla yayınan radikalların xarici siyasət baxımından "dialoq" məsələsindən dəm vurması onların qeyri-ciddiliklərini təsdiq edən növbəti dəlildir.

Qaldı ki, dialoqa, dialoq o zaman olmalıdır ki, ABŞ "907-ci düzəliş" kimi rüsvayçı məsələyə adekvat cavab versin ve dərhal onu aradan qaldırsın. Daha sonra ATƏT-in Minsk Qrupunda ikiüzlü, yəni qeyri-səmimi münasibət deyil, ədalətli, demokratik və siyasi uyğunluq təşkil edən şəkildə Ermənistana təzyiq etsin, bu təzyiqləri davamlı etsin, hətta sanksiyalar da irəli sürsün. O cümlədən, separatçıların yığışdıqları işğal altında olan Qarabağa qanunsuz yardmlara son qoysun. Belə olmadığı zaman, yəni gerçəklikdə hansı dialoqdan söhbət gedə bilər? Hansı ki, Azərbaycan dövləti öz siyasi iradəsini, ona yaraşan diplomatik dəyərlərini yüksəkdə tutaraq, dialoq mühitini hər zaman müsbt qiymətləndirib. Yaxşı olardı ki, qərəz, şantaj irəli sürən sapı özümüzdən olan baltalar bu faktora diqqət etsinlər!

Digər xəbərlər