PDF Oxu

Siyasət

  • 8

Masallıda YAP rayon təşkilatının veteranları ilə görüş keçirilib

Masallıda YAP rayon təşkilatının veteranları ilə görüş keçirilib

Masallı şəhərindəki "Ağsaqqallar evində" Yeni Azərbaycan Partiyası (YAP) rayon təşkilatının veteranları ilə görüş keçirilib. Tədbirdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Rafil Hüseynov ölkəmizin son dərəcə çətin sınaqlar qarşısında qaldığı bir vaxtda yaranan Yeni Azərbaycan Partiyasının rolundan ətraflı söhbət açıb. O bildirib ki, ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə yaradılan və bu gün Prezident İlham Əliyevin sədri olduğu partiyanın nüfuzu gündən-günə artmaqdadır. Ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi inkişaf strategiyasının Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində Azərbaycan Cənubi Qafqazda lider dövlətə çevrilib.

YAP-ın qurucusu və memarı ulu öndər Heydər Əliyevin zəngin siyasi fəaliyyətindən bəhs edən R.Hüseynov diqqətə catdırıb ki, dahi şəxsiyyət Azərbaycan xalqı və dövləti qarşısında misilsiz xidmətlər göstərib. Ulu Öndər fəaliyyətinin hər bir məqamı ilə xalqın, dövlətin, cəmiyyətin və onun üzvlərinin mənafeyinə xidmət edib, Azərbaycanın ərazi bütövlüyü uğrunda fədakarlıqla çalışıb, müstəqilliyimizin möhkəmləndirilməsi, dövlətçiliyimizin inkişafı, xalqın rifah halının daha da yaxşılaşdırılması üçün tarixi işlər görüb.

Bildirilib ki, bu gün müasir müstəqil Azərbaycan Ulu Öndərin ideyaları əsasında inkişaf edir. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan inkişaf strategiyasının Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirilməsi, qəbul olunmuş Dövlət proqramlarının müvəffəqiyyətlə icrası respublikamızın bütün regionlarında iqtisadiyyatın hərtərəfli inkişafını təmin edib.

Görüşdə çıxış edən edən Prezident təqaüdçüsü Şirvan Əbilov YAP Masallı rayon təşkilatının yaranma tarixindən və fəaliyyətindən söz açıb.

YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev partiyanın qurucusu ümummilli lider Heydər Əliyevin Azərbaycan dövlətçilik tarixində oynadığı roldan danışıb.

Böyük Vətən müharibəsinin veteranı, "Lenin" ordenli Atabala Hacıyev, Prezident təqaüdçüsü Məmmədhüseyn Həsənov, YAP veteranı Rafiq Bağırov və başqaları Masallıda görülən abadlıq-quruculuq işlərindən, Azərbaycanın həyata keçirdiyi beynəlxalq layihələrdən, Bakıda keçiriləcək birinci Avropa Oyunlarından bəhs edib, bütün bu uğurların əldə olunmasında Azərbaycan Prezidenti İlham Əliyevin misilsiz xidmətlərini xüsusi vurğulayıblar.

sia.az

Digər xəbərlər