Bu gün "Heydər Əliyev-milli ləyaqət ölçüsü" kitabının təqdimatı keçirilir.SİA-nın məlumatına görə, təqdimat mərasimində Yeni Azərbaycan Partiyasının İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov, Milli Məclisin Sədr müavini Bahar Muradova, YAP Səbail rayon təşkilatının sədri, millət vəkili Şəmsəddin Hacıyev, Milli Məclisin üzvü Eldar İbrahimov, Səbail rayon İcra hakimiyyətinin başçısı Asif Əsgərov, ziyalılar, qəzet baş redaktorları və KİV nümayəndələri iştirak edir.Tədbiri giriş sözü ilə YAP Səbail rayon təşkilatının sədri Şəmsəddin Hacıyev açaraq, kitabın müəllifi olan professor Zahid Qaralovun xidmətlərindən danışıb: "Bu, bitib tükənməyən bir xəzinədir və hər zaman Azərbaycan xalqının qəlbində yaşayacaq. Ümummilli Lider Heydər Əliyev haqqında indiyədək çoxlu sayda kitablar yazılıb. Ulu Öndərlə müqayisə olunacaq ikinci bir şəxsiyyət olmayıb".Tədbir hazırda davam edir.
yap.org.az