PDF Oxu

Siyasət

  • 10

İndoneziya Avstraliyanı ittiham etdi

İndoneziya Avstraliyanı ittiham etdi

Ölkənin birinci şəxslərinin izlənilməsi indoneziyalıları şok edib

Bu yaxınlarda KİV-lərdə belə bir məlumat yayılmışdı ki, Avstraliyanın xüsusi xidməti İndoneziya prezidentinin telefon danışıqlarını dinləyib. SİA"aljazeera"-ya istinadən xəbər verir ki, bu barədə İndoneziya prezidenti Susilo Bambanq Yudxoyono öz "tvitter" səhifəsində də qeyd edib. Prezident Avstraliyanın yenidən seçilmiş baş naziri Toni Ebbotu günahlandıraraq yazıb ki, o, bu məsələyə etinasız yanaşır.

Qalmaqala səbəb kimi Edvard Snoudenin yazdığı məqalə göstərilir. Belə ki, Snouden tərəfindən 2009-cu ildə verilən informasiyaya görə, avstraliyalı kəşfiyyatçılar İndoneziya prezidentinin telefon dqanışıqlarını dinləmək üçün plan hazırlayıblar. Lakin həmin vaxt bəlli olmuşdu ki, prezident istisna olmaqla, onun həyat yoldaşı və daha bir neçə yüksək rütbəli dövlət adamı gizli dinlənməyə məruz qalıblar.

Yudxoyononun bugünkü "tvitter" postundakı qeydində isə onun tərəfindən qeyd edilib ki, o, Avstraliyanın baş naziri tərəfindən önə sürülən fikirlərə görə təəssüf edir: "İndoneziya rəsmi cavabın verilməsini və baş verənlərin açıq şəkildə ictimaiyyətə açıqlanmasını tələb edir". Lakin İndoneziya prezidentinin Avstraliya baş nazirini hansı sözlərinə görə ittiham etməsi də qeyri-müəyyən olaraq qalmaqdadır.

Qeyd edək ki, Avstraliya Daxili İşlər Nazirliyinin keşmiş rəhbəri Bob Karr da bu məsələyə münasibətini bildirib. O qeyd edib ki, mövcud vəziyyət diplomatik faciədir. O, ölkəsinin rəhbərliyini İndoneziya prezidentindən üzr istəməyə çağırıb.

Lakin Avstraliyanın baş naziri Ebbot heç də üzrxahlıq diləmək fikrində olmadığını nümayiş etdirir. O, hətta gizli telefon danışıqlarının dinlənilməsini "kəşfiyyat əməliyyatları üçün vacib hal" kimi qiymətləndirib. Baş nazir hesab edib ki, nəinki onun ölkəsi, eləcə də digər ölkələr bu vasitə ilə kəşfiyyat məlumatları əldə edirlər. Ancaq buna rəğmən, Ebbot deyib ki, İndoneziya rəsmilərinin dinlənilməsi həmin ölkəyə qarşı yönələcək addımların atılmasına səbəb olmayacaq.

Daha öncə isə – həftənin çərşənbə axşamı günü İndoneziya prezidentinin mətbuat katibi bəyan etmişdi ki, onun ölkəsi Avstraliya ilə normal münasibətlərin saxlanılmasında maraqlıdır. Ancaq həmin bəyanat verilərkən, artıq İndoneziyanın Avstraliyadakı səfiri rəsmi Kanberradan geri çağırılmışdı.

Xatırladaq ki, Avstraliya ilə İndoneziya arasındakı soyuq münasibətlər birinici dəfə baş vermir. Buna bənzər hallar daha öncələr də baş vermişdi. Snoudenin məqaləsi ilə yanaşı, yaşanan daha bir problem qaçqınların İndoneziya sərhədlərindən keçərək, Avstraliyaya qanunsuz şəkildə daxil olmaları, İndoneziyanın isə bu məsələdə etinasız davranışlarıdır.

sia.az

Digər xəbərlər