PDF Oxu

Siyasət

  • 9

Siyavuş Novruzov: “Hər bir siyasi partiya hesabat verməlidir” AÇIQLAMA

Siyavuş Novruzov: “Hər bir siyasi partiya hesabat verməlidir” AÇIQLAMA

"Mühasibat uçotu haqqında" qanuna təklif olunan dəyişiklikdə siyasi partiyalar üçün maliyyə hesabatında auditor rəyi tələb olunması AXCP və Müsavatın fəaliyyətinə heç bir əngəl törətməyəcək". Bunu SİA-ya Yeni Azərbaycan Partiyasının İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov deyib.YAP İcra katibinin müavinin sözlərinə görə, "Siyasi partiyalar haqqında" qanuna uyğun olaraq hər bir partiya şəffaflığı etməkdən ötrü (həm dövlət büdcəsindən maliyyələşən, həm də dövlət büdcəsindən maliyyələşməyən, eləcə də digər partiyalar) öz maliyyə mənbələri haqqında məlumat verməlidir: "Bildiyiniz kimi "Siyasi partiyalar haqqında" qanuna dəyişikliklər olundu və bu, Mərkəzi Seçki Komissiyasına həvalə olundu. Yəni hər il MSK-ya illik maliyyə dövriyyəsi ilə yanaşı, onun üzərində auditor rəyi də təqdim olunmalıdır. MSK isə şəffaflığın təmin olunması üçün onu öz web səhifəsində yerləşdirir".S.Novruzov hesab edir ki, bunlar çox yerində olan bir addımdır: "Yəni hər bir siyasi partiya cəmiyyət qarşısında özünün hesabatını verir ki, hansı maliyyə mənbələri əsasında siyasi təşkilat fəaliyyət göstərir və maliyyələşir. O baxımdan da hesab edirəm ki, bu, vacib şərtlərdən biridir".Xatırladaq ki, Azərbaycanda siyasi partiyalardan auditor rəyi tələb olunacaq. Milli Məclisdən SİA-ya bildiriblər ki, bununla bağlı "Mühasibat uçotu haqqında" qanuna təklif olunan dəyişiklikdə siyasi partiyalar üçün maliyyə hesabatında auditor rəyi tələb olunacaq. Qanunun 14.6-cı maddəsinə təklif olunan dəyişikliyə əsasən siyasi partiyalar tərəfindən illik maliyyə hesabatları auditor rəyi ilə birlikdə hər il aprelin 1-dən gec olmayaraq Mərkəzi Seçki Komissiyasına təqdim edilməlidir.Qeyd edək ki, maddənin mövcud variantında auditor rəyi göstərilməyib.

sia.az

Digər xəbərlər