"Mühasibat uçotu haqqında" qanuna təklif olunan dəyişiklikdə siyasi partiyalar üçün maliyyə hesabatında auditor rəyi əvvəldən də tələb olunurdu. Yəni əvvəllər siyasi partiyalar öz maliyyə hesabatlarını Maliyyə Nazirliyinə verirdilərsə, bu ildən etibarən həmin hesabatlar Mərkəzi Seçki Komissiyasına təqdim olunub". Bunu SİA-ya Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Elçin Mirzəbəyli deyib.Sədr müavininin sözlərinə görə, hər bir təqdimatda siyasi partiyaların maliyyə hesabatları ilə bağlı müvafiq sənədləşmə daxil olmaqla həmçinin auditor rəyi də verilirdi: "Bu, yeni hadisə deyil. Hətta dünyanın hər bir yerində təsdiq olunan bir məsələdir. Nəinki siyasi partiyalar, hətta qeyri-hökumət təşkilatları, dünyanın müxtəlif ölkələrində olan şirkətlər də auditor rəyi vasitəsilə özlərinin illik hesabatlarını verirlər. Bu, şəffaflığın təmin olunması üçün bir vasitədir. Qənaətimcə heç kəs bu məsələyə etiraz etməli deyil. Hətta etiraz etmək hüququ da yoxdur. Çünki bu, qanunvericiliyin tələbidir və tamamilə məntiqə söykənir".
sia.az