"Yaxın iki ay müddətindəki strategiyamızda İrəli online televiziyasının mövcud fəaliyyətinin daha da aktivləşdirilməsi və fəallaşdırılması var". Bunu SİA-ya "İrəli" İctimai Birliyinin sədri Mirhəsən Seyidov deyib.Birlik sədrinin sözlərinə görə, əvvəldən də İrəli TV-nin yaradılması haqqında fikirlər var idi: ""İrəli" İctimai Birliyinin "İradio"su artıq uzun müddətdir ki, fəaliyyət göstərir. Biz 2015-ci ilin fevralın 2-də "Gənclər Günü" ilə bağlı "İradio"nu yeni formatda, yeni proqramla istifadəyə verdik. Hal-hazırda 18 nəfər gənc "İradio"da təcrübə proqramındadır. Radiomuzun 10-12-yə yaxın proqramı var ki, bunlar da tamamilə (qonaqlı olan və olmayan) fərqli-fərqlidir. Bizim yaxın iki ay müddəti strategiyamızda İrəli online televiziyasının mövcud fəaliyyətinin daha da aktivləşdirilməsi və fəallaşdırılması var. Bildiyiniz kimi, İrəli TV bu yaxınlarda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə Azərbaycanın tanınmış simalarının iştirakı ilə video-rolik hazırlamışdı. Hansı ki, bu xalq yazıçısı Səməd Vurğunun Azərbaycan şerinin tanınmışların ifasında səsləndirilməsi idi".