"Daha dəqiqləşdirilmiş seçici siyahıları parlament seçkilərinə 25 gün qalmış seçicilərin ixtiyarında olacaq". SİA-nın xəbərinə görə, bu barədə Mərkəzi Seçki Komissiyasında seçici siyahılarının çapı prosesi və saxlanılma şəraiti ilə əlaqədar keçirilən tədbirdə MSK sədrinin müavini Natiq Məmmədov bildirib.Onun sözlərinə görə, seçicilərin adlarını siyahıya səsvermə günü də daxil olmaqla, istənilən gün daxil etmək mümkündür: "Bu, seçki hüququnun təmin olunması baxımından MSK-nın yaratdığı müsbət imkanlardan biridir". Qeyd edək ki, MSK 2015-ci il üçün daimi seçici siyahılarının tərtib olunması və dəqiqləşdirilməsi prosesini başa çatdırıb.
sia.az