PDF Oxu

Siyasət

  • 8

Qusarda Respublika Günü qeyd olundu

Qusarda Respublika Günü qeyd olundu

Dünən Qusar rayon icra hakimiyyəti və YAP Qusar rayon təşkilatının birgə təşkilatçılığı ilə rayonun Heydər Əliyev Mərkəzində Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 97-ci ildönümü münasibətilə tədbir keçirilib.

Tədbiri giriş sözü ilə mərkəzin direktoru Neva Abdurahmanova açaraq qeyd edib ki, müsəlman Şərqində ilk dəfə istiqlaliyyətin əldə olunması Azərbaycanın dövlətçilik tarixindən xəbər verir: "Azadlıq, müstəqillik, istiqlal hər bir xalq, hər bir millət üçün yaranışdan ən böyük arzu, ən şirin nemət olmuşdur. Azərbaycan xalqı daim bu amallara sadiq olaraq, ağır məhrumiyyətlərə sinə gərmiş, saysız-hesabsız qurbanlar vermiş, lakin müqəddəs mübarizəsindən heç zaman dönməmişdir. Bu gün dünyada öz sözünü deyən güclü Azərbaycan dövləti və onun yenilməz iradəsi vardır".

Tədbirdə çıxış edən rayon icra hakimiyyəti başçısının müavini Zoya Eldarova müstəqil Azərbaycanın tarixində Ümummilli Lider Heydər Əliyevin siyasi fəaliyyətinin əvəzedilməz olduğunu qeyd edib: "İndiki dövlət müstəqilliyimizin qorunub saxlanması və möhkəmləndirilməsi Ulu Öndər Heydər Əliyevin adı ilə qırılmaz surətdə bağlıdır. Əgər Heydər Əliyevin zəngin və müdrik dövlətçilik təcrübəsi olmasaydı, bu gün müstəqil Azərbaycan yaşaya, dünya birliyi dövlətləri sırasında öz layiqli yerini tuta bilməzdi. Məhz o Böyük İnsan Azərbaycan dövlətçiliyinə qarşı yönəlmiş bütün təhdidləri aradan qaldırdı, müstəqilliyimizi dönməz və əbədi etdi".

YAP Siyasi Şurasının üzvü, YAP Qusar rayon təşkilatının sədri, David İbramxəlilov tədbirdə çıxış edərək, hərtərəfli inkişaf edən müstəqil Azərbaycanın uğurlarından söz açıb. Rayon təşkilat sədri bildirib ki, bu gün Ümummilli Lider Heydər Əliyevin dövlətçilik ideyalarını mükəmməl surətdə həyata keçirən, Ulu Öndərin yaratdıqlarını daha da inkişaf etdirən Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin yorulmaz fəaliyyəti, məqsədyönlü, düşünülmüş və praqmatik siyasəti nəticəsində dövlət müstəqilliyimiz gündən-günə möhkəmlənir, Azərbaycan getdikcə daha da güclənir, artıq regionun liderinə çevrilib.

Tədbirdə Həsənqala kənd orta məktəbinin müəllimi Babacan Zəkiyev çıxış edərək müstəqil Azərbaycanın inkişaf yolundan danışıb. Tədbirin sonunda Azərbaycan Xalq Cümhüriyyətinə həsr olmuş xroniki kadrlar nümayiş etdirilib.

NƏZAKƏT

Digər xəbərlər