PDF Oxu

Siyasət

  • 11

ZƏRDABDA 28 MAY RESPUBLİKA GÜNÜ QEYD OLUNDU

ZƏRDABDA 28 MAY RESPUBLİKA GÜNÜ QEYD OLUNDU

Dünən Zərdab şəhərindəki Heydər Əliyev Parkında 28 May Respublika Günü münasibətilə ümumrayon tədbiri keçirilib. Tədbir iştirakçıları öncə Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül və çiçək dəstələri qoyublar.

Zərdab rayon icra hakimiyyətinin başçısı Lütvəli Babayev çıxış edərək Azərbaycan Xalq Cümhuriyyətinin yaranması və mövcud olduğu 23 ay ərzindəki fəaliyyəti barədə ətraflı məlumat verib. İcra başçısı qeyd edib ki, respublikamızın 18 oktyabr 1991-ci il tarixdən dövlət müstəqilliyini bərpa etdikdən sonra Ümummilli Lider Heydər Əliyevin apardığı müdrik və qətiyyətli siyasət nəticəsində Azərbaycan Respublikasının müstəqilliyinin möhkəmləndirilməsi, sosial-iqtisadi inkişafının təmin edilməsi istiqamətində görülən işlər daha sonra Möhtərəm Prezidentimiz Cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir: "Hazırda ölkəmiz sosial-iqtisadi inkişafının sürətinə görə dünya dövlətləri arasında öncül yerlərdən birini tutur. Bu inkişaf Zərdab rayonundan da yan keçməmiş, son dövrdə Zərdabda nəzərəçarpacaq dərəcədə tikinti-quruculuq və abadlıq işləri görülüb. Bununla yanaşı, insanların sosial problemlərinin həllinə diqqət və qayğı xeyli artırılıb".

Bütün sahələrdə ölkəmizin sürətli inkişafını təmin etdiyinə, o cümlədən Zərdaba və zərdablılara göstərdiyi diqqət və qayğıya görə ölkə Prezidentinə minnətdarlığını bildirən icra başçısı sonda bir daha bütün rayon sakinlərini 28 May Respublika Günü münasibətilə ürəkdən təbrik edib.

Tədbir bədii hissə ilə davam etdirilib.

İntizarə Məmmədova

Digər xəbərlər