Dünən Yeni Azərbaycan Partiyası Mingəçevir şəhər təşkilatı 28 May Respublika Günü münasibətilə elmi-nəzəri konfrans keçirib. Konfransda YAP Mingəçevir şəhər təşkilatının sədri Cavanşir Yusubov, Mingəçevir şəhər icra hakimiyyətinin başçısının I müavini İlham İsmayılov və Mingəçevir şəhər icra hakimiyyətinin başçısının müavini Ramiz Əliyev iştrak etmişlər.
Konfransı giriş sözü ilə açan Mingəçevir şəhər icra hakimiyyətinin başçısının I müavini İlham İsmayılov Azərbaycanın inkişaf etməsində Ulu Öndər Heydər Əliyevin əvəzsiz rolundan danışaraq bildirdi ki, Azərbaycan dövlətinin bugünkü uğurlarının təməlində Ümummilli Liderin əsasını qoyduğu siyasət dayanır: "Ona görə də bu gün Ulu Öndər Heydər Əliyev siyasətini uğurla həyata keçirən Prezidentimiz Cənab İlham Əliyevin ətrafında sıx birləşməliyik və Prezidentin həyata keçirdiyi hər bir layihədə Ona öz işimiz və əməlimizlə dəstək olmalıyıq"
Mingəçevir Texniki-Humanitar Liseyinin tarix müəllimi Aytən Mehdiyeva "Xilaskarlıq missiyası ilə başlanan güclü dövlət və yüksəliş siyasəti", Mingəçevir şəhər tam orta məktəbin direktor müavini Sevinc Həsənova "İnkişafın Azərbaycan modelinin banisi", Azərbaycan Müəllimlər İnsititunun Mingəçevir filialının müəllimi, 6 saylı ərazi ilk partiya təşkilatının sədr müavini Aygün Qədirova "Müasir Azərbaycanın uğurları Ulu Öndər Heydər Əliyevin siyasətinin davamının nəticəsidir" mövzusunda çıxış etdilər.
Tədbirin sonunda Mingəçevir şəhər icra hakimiyyətinin başçısının birinci müavini çıxış edərək tədbir iştrakçılarına və məruzəçilərə fəal iştrak etdikləri üçün öz minnətdarlığını bildirdi.
RƏFİQƏ KAMALQIZI