PDF Oxu

Siyasət

  • 10

İƏT Xocalı soyqırımı ilə bağlı qərar qəbul etdi

İƏT Xocalı soyqırımı ilə bağlı qərar qəbul etdi

Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumunun (DƏ-İKGF) İstanbuda yerləşən beynəlxalq katibliyi tərəfindən yayılan məlumata əsasən, 57 ölkəni öz sıralarında birləşdirən və BMT-dən sonra ikinci ən böyük beynəlxalq təşkilat olan İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurası (XİNŞ) Xocalı faciəsinin soyqırım aktı olduğunu bir daha təsdiqləyib. SİA-nın məlumatına görə, 27-28 may tarixlərində Küveytdə keçirilən İƏT XİNŞ-in 42-ci sessiyasında Forumun sədri Elşad İsgəndərovun başçılığı ilə iştirak edən nümayəndə heyəti tərəfindən xüsusi qətnamə irəli sürülüb. XİN Şurası yekdilliklə qəbul etdiyi "Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumu haqqında" adlı qətnamədə (N.: 8/42-C) Xocalı faciəsini soyqırım aktı adlandıraraq İƏT üzv ölkələrini insanlığa qarşı törədilmiş bu cinayətin" beynəlxalq və milli səviyyələrdə tanınması üçün lazımi səy göstərməyə çağırıb."Qətnamə eyni zamanda, "1992-ci ilin fevralında Azərbaycan Respublikasının Xocalı şəhərində erməni silahlı qüvvələri tərəfindən həyata keçirilən qətliamın insanlığa qarşı cinayət olduğunu bildirərək İƏT-ə üzv dövlətləri və İƏT qurumlarını "Xocalıya Ədalət" kampaniyasında fəal iştirak etməyə və həmçinin Xocalı faciəsini törədənlərin məsuliyyətə cəlb olunması üçün" çağırış edib.Bununla yanaşı, İƏT Xarici İşlər Nazirləri 2015-ci ilin yanvar ayında DƏ-İKGF və İƏT Parlamentlər İttifaqı (İƏT Pİ) arasında imzalanmış Əməkdaşlıq haqqında Memorandumu təsdiq etdi və sözügedən Memorandumda nəzərdə tutulmuş iki qurum arasında "Xocalıya Ədalət" kampaniyası çərçivəsindəki əməkdaşlığa hərtərəfli dəstəyin göstərilməsinə xüsusi vurğu edib.Konfransın işindəiştirak edən DƏ-İKGF sədri qətnamənin qəbul edilməsi münasibətilə İƏT-in aparıcı ölkə heyətləriylə görüşərək Forumun fəaliyyətlərinə verdikləri dəstəyə görə təşəkkürünü bildirib, həmçinin qərardan irəli gələn məsələlərdə birgə fəaliyyət məqsədilə konkret addımları müzakirə edib.

sia.az

Digər xəbərlər