Mayın 29-da Azərbaycan Respublikası Baş nazirinin müavini Əli Əhmədov BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisi Antonius Broekin rəhbərliyi ilə BMT-nin Inkişaf Proqramının nümayəndələrini qəbul edib. Nazirlər Kabinetinin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, səmimi qəbula görə minnətdarlığını bildirən BMT-nin ölkəmizdəki rezident əlaqələndiricisi Antonius Broek təmsil etdiyi qurumla Azərbaycan Respublikası arasında uğurlu əməkdaşlığın mövcudluğunu vurğulayaraq, BMT-nin prinsip və dəyərlərinə daim sadiq qalan ölkəmizin dünyada gedən qlobal inkişaf proseslərində fəal iştirakından məmnunluğunu ifadə etdi.BMT-nin İnkişaf Proqramı xətti ilə ölkəmizdə yaşlı və aztəminatlı əhali qrupunun sosial müdafiəsinin təmin edilməsində səmərəli fəaliyyətinə, habelə səhiyyə, təhsil və digər sahələrin inkişafına verdiyi dəstəyə görə razılığını bildirən Baş nazirin müavini Əli Əhmədov, bu nüfuzlu beynəlxalq təşkilatın respublikamız üçün nəzərdə tutulmuş yardımlarının milli inkişaf gündəliyinə uyğun olaraq bundan sonra da prioritet sahələrə öz töhfəsini verəcəyinə əminliyini bildirdi.Qəbulda qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər ətrafında da fikir mübadiləsi oldu.
sia.az