""Milli Şura"nın 30 may aksiyasını 19 may faciəsi üzərində qurması riyakarlıqdır". SİA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Zahid Oruc səsləndirib.Onun sözlərinə görə, bu adamların ağrısı 19 mayda olan ağrı deyil: "Bunu hamı bilir. Həmkarım Arif Rəhimzadə demişdi ki, siz bütövlükdə əlinizi qızdırasız deyə, bütövlükdə ölkəni yandırmağa çalışırsınız. Bütün sosial şəbəkələr onların təhqirləri ilə doludur. Onlar dövlətin siyasətini tənqid edərək, bunu fəlsəfiləşdirməyə çalışırlar".
sia.az