PDF Oxu

Siyasət

  • 9

Qüdrət Həsənquliyev: “İnsanları şantaj edərək mitinqlərə çıxarmaq olmaz”

Qüdrət Həsənquliyev: “İnsanları şantaj edərək mitinqlərə çıxarmaq olmaz”

"İnsanları şantaj edərək mitinqlərə çıxarmaq olmaz". SİA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, deputat Qüdrət Həsənquliyev "Milli Şura"nın mitinqə gəlməyənləri qorxaq adlandırması məsələsinə münasibət bildirərkən deyib.Q. Həsənquliyev vurğulayıb ki, "Milli Şura" adlanan qrup açıq şəkildə xalqı təhqir edir: "Onlar deyir ki, mitinqə gəlməyənlər qorxaqdırlar. İnsanları şantaj edərək mitinqlərə çıxarmaq olmaz. Hesab edirəm ki, bu qətiyyən yolverilməzdir. Binqədidə baş verən yanğın hadisəsində vətəndaşlarımızın həlak olması bizi üzür. Ancaq, bunu şantaja çevirərək mitinqə çağırış üçün istifadə edtmək doğru deyil".Deputat bildirib ki, hazırda "Milli Şura"nın sədri olan Cəmil Həsənli deputat seçilmədikdən sonra ağlına və ağzına gələni danışır: "Bu adam depuat olduğu zaman Heydər Əliyevin həm doğum həm də rəhmətə qovuşduğu günlərdə onun Fəxri Xiyabandakı məzarını ziyarət edib. Heydər Əliyev haqqında kitab yazıb. Bu gün isə Cəmil Həsənli nə danışdığını bilmir. İndi insanlar niyə belə adamların çağırışına qulaq asmalıdır?".Q. Həsənquliyev qeyd edib ki, insanları qorxaqlıqda ittiham edənlər öz liderlərinə baxsınlar və ləyaqətlərini qorusunlar

sia.az

Digər xəbərlər