PDF Oxu

Siyasət

  • 15

Siyavuş Novruzov: "Martin Şultsun insan hüquqlarına qarşı mövqeyi ədalətsizdir"

Siyavuş Novruzov: "Martin Şultsun insan hüquqlarına qarşı mövqeyi ədalətsizdir"

"Azərbaycanın sürətli inkişafını, tərəqqisini, ictimai-siyasi sabitliyini daxildə olduğu kimi, xaricdə də gözü götürməyən qüvvələr var". SİA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında Yeni Azərbaycan Partiyası icra katibinin müavini, depuat Siyavuş Novruzov deyib.S. Novruzov qeyd edib ki, son vaxtlar Avropa Parlamentinin ayrı-ayrı siyasi qrupları, deputatları Azərbaycan əleyhinə bəyanatlar verir, qərarlar qəbul edir: "Hörmətli Oqtay müəllim sizin də görüşdüyünüz Avropa Parlamentinin sədri Martin Şults deyirdi ki, Avropa Parlamentinin deputatlarının, müəyyən qrupların söylədiklərinə fikir verməyin. Bu həmin qrupun, deputatların apardığı işdir. İndi Martin Şultsun özünün maskası cırılıb, ortaya çıxmağa başlayıb. Həm Riqa sammitindən öncə, həm də sonra Azərbaycan əleyhinə erməni lobbisinin təhriki ilə müxtəlif tədbirlər keçirir. İyunun 12-də Azərbaycan I Avropa Oyunlarının açılışıdır. Ayın 10-da isə Martin Şults dünyada görünməmiş ad altında "İdman və insan hüquqları" mövzusunda tədbir təşkil edir. Təsəvvür edin. Bu tədbirə müxtəlif yerlərdən, o cümlədən ana xidmət edən insanlar dəvət edilib. Budurmu onların Avropa dəyərləri? Avropanın fundamental dəyərləri kənarda qalıb, Martin Şults milli, dini ayrıseçkiliklə, insan hüquqlarına qarşı ədalətsiz mövqe tutmaqla məşğuldur. Martin Şults Riqa sammitində Ukraynanın ərazi bütövlüyüyn əleyhinə səs verən Ermənistanı demokratiyanın çiçəkləndiyi ölkə kimi təqdim edir. Ermənistan parlamentində insanların güllələnməsi, prezidentliyə namizədin güllələnməsi, insan ühquqlarının pozulması qalıb bir kənarda, Martin Şults Ermənistanda demokratiyanın çiçəklənməsindən dəm vurur. Əgər insan hüquqlarının müdafiəçisisənsə, Xocalı soyqırımını niyə Avropa Parlamentində müzakirəyə çıxarmırsan? Burada ikiüzlülük, satqınlıq var. Avropa Parlamentinin sədri Avropa Oyunalarına belə münasibət bəsləyirsə, bizə elə Avropa dəyərləri lazım deyil. Bu adam öz partiyasını satır, sosial ədalət prinsipinə qarşı çıxır. Bunun nəticəsidir ki, ardıcıl ikinci dəfə Avropa Parlamentinin sədri seçilir. Biz bu insanlara qarşı kəskin mövqeyimizi bildirməliyik".S. Novruzovun sözlərinə görə, M. Şultusn öyrətdiyi adamlardır sabah mitinq keçirmək isətəyirlər: "Martin Şultsun öyrətdiyi adamlardır ki, Azərbaycanda Avropa Oyunlarını baykot etməyə çağırırlar. İndi ayın 10-da keçirəcəkləri tədbirdə də ətrafına müxtəlif təşkilatları yığıb Azərbaycan əleyhinə qərar qəbul edəcəklər".YAP icra katibinin müavini deyib ki, Azərbaycan öz yolu ilə düzgün gedir: "Xalqla iqtidarın birliyi var və Azərbaycan xalqı ölkə başçısının yeritdiyi siyasəti dəstəkləyir. Biz hər bir dövlətə bərabər şəkildə yanaşırıq. Martin Şultsun nə deməsindən, simasızlığından asılı olmayaraq Avropa Oyunlarını yüksək səviyyədə keçirəcəyik. Bir daha görəcəyik ki, Azərbaycan hansı səviyyədədir, onların təriflədiyi ölkələr hansı səviyyədədir".Spiker Oqtay Əsədov Şults deyərkən, Uzaq sahillərdə filmini xatırdadığını bildirib: "Nədənsə o filmdə Şultsun baxışı yadıma düşdü".

sia.az

Digər xəbərlər