"Hərdən üzünüzdəki tüpürcəyi silməyə də zaman ayırın"
"Azərbaycanın radikal müxalifəti sanki pis yerdən söyüş qoyub: Son nöqtəyə, həddə qədər biabır, rüsvay, rəzil olmayan belə - belə olsun deyə. Hər halda ortalıqda başqa mənzərə, tablo yoxdur, görünmür. Adamlar siyasətin dibinə qədər eniblər. Üstəgəl, dayanmırlar. Dayanmırlar ki, barı xalqın bunların üzünə xamçaladığı tüpürcəyi silmək imkanları olsun". Bunu SİA-ya Demokratik Maarifçilik Partiyasının sədri, politoloq Elşən Musayev "Milli Şura"nın keçirmiş olduğu son mitinqə münasibət bildirərkən söyləyib.Partiya sədrinin sözlərinə görə, danışmamaq mümkün deyil: "Özləri mövzu verirlər, özləri qaşınırlar. Oysa, bütün bu biabırçılığa nə hacət var? Səbəb nədir? Həftə başı, ay başı bu cür əcaib tragikomediyalar, bəsit şoular sərgiləməyin adı nədir? Hə, anladıq, AXCP Əli Kərimlinin, "Milli Şura" isə Cəmil Həsənlinin iş yeridir. Yəni bunlar olmasa nəsə danışmağa, söyləməyə, səyləməyə, çərənləməyə də bəhanə qalmayacaq. Amma, "qardaşım" – oturunda oturduğunuz yerdə. Bayıra çıxmayın da. Üfunət, rəzillik, abırsızlıq qoxusunu külli aləmə sızdırmayın da. 250 nəfərlə mitinqmi edirlər? O da nəzərə alsaq ki, yarısı jurnalistdir və ya bir çönün arxanızdakı, bir addımlığınızdakı Türkiyəyə baxın da. Təbii, boynunuz dönərsə. Orda da seçki öncəsidir. Orda da müxalifət siyasətlə məşğuldur. Yaxşı, o zaman sizin də elədiyiniz mitinqdirsə, Devlet Bahçelinin, Kılıcdaroğlunun elədiyi nədir o zaman? Siz də müxalifət, öz aləminizdə xalq tərəfdaşısınızsa, onlar kimdir bəs? Ayıbdır. Özünüzə gəlin. Gözəlləri, Gültəkinləri yığın başınıza, balaca bir otaqda yüngülvarı iclas – filan edin. Mitinq sizlik deyil. Başınızdan, boyunuzdan işlərə girişməyin. Lütfən".
sia.az