PDF Oxu

Siyasət

  • 10

Uşaqlar Günü Nizami rayonunda qeyd edildi TƏDBİR

Uşaqlar Günü Nizami rayonunda qeyd edildi TƏDBİR

Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatının Gənclər Birliyinin, Mədəniyyət və Turizm idarəsinin və "Qayğı-Sağlam Nəsil Naminə" İctimai Birliyinin birgə təşkilatçılığı ilə 1 iyun - Uşaqların Beynəlxalq Müdafiə Gününə həsr olunmuş tədbir keçirilib. SİA xəbər verir ki, tədbirdə Nizami rayon İcra Hakimiyyətininn ictimai-siyasi və humanitar şöbəsinin müdiri Əli Axundov, YAP Nizami rayon təşkilatının Gənclər Birliyinin sədri Sevinc Abdullayeva və digər qonaqlar iştirak ediblər. Çıxış edən YAP Nizami rayon təşkilatının Gənclər Birliyinin sədri, "Qayğı-Sağlam Nəsil Naminə" İctimai Birliyinin təsisçisi Sevinc Abdullayeva bayram münasibətilə uşaqları təbrik edib, dövlətimizin yetişməkdə olan nəslə göstərdiyi diqqət və qayğıdan bəhs edib. S. Abdullayeva qeyd edib ki, Prezident İlham Əliyevin və Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın, həmçinin Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın məqsədyönlü fəaliyyəti nəticəsində ölkəmizdə uşaqların sağlam həyat tərzi və hərtərəfli inkişafı naminə uğurlu addımlar atılıb, bu sahəyə diqqət və qayğı artırılıb.Daha sonra çıxış edənlər ölkəmizdə uşaqlara göstərilən hərtərəfli dövlət qayğısından danışaraq bildiriblər ki, Azərbaycanda Uşaq siyasətinin əsası Ümummillli Lider Heydər Əliyev tərəfindən qoyulub və Onun gələcək nəsillər üçün miras qoyduğu ənənələr bu gün də uğurla davam etdirilir. Azərbaycan Prezidenti cənab İlham Əliyevin Uşaq hüquqlarının müdafiəsi sahəsində atdığı addımlar, ölkəmizin birinci xanımı, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın gördüyü işlər bu ənənələrin hələ uzun illər yaşayacağına və uşaqların taleyində əhəmiyyətli rol oynayacağına zəmanət verir.Sonra tədbirdə Daun Sindromlu Şəxslərin Reabilitasiya mərkəzinin uşaqları üçün müxtəlif rəqsləra, ifalara yer verilib. Uşaqlar üçün müxtəlif oyunlar təşkil olunub, şən klounların iştirakına yer verilib. Təqdim edilən hədiyyələr isə uşaqların sevincinə səbəb olub.

sia.az

Digər xəbərlər