Bu gün Yeni Azərbaycan Partiyasının Mərkəzi Qərargahında Partiyadaxili inkişaf və intizam komissiyasının və YAP Mərkəzi Nəzarət-Təftiş komissiyasının iclası keçirilir. SİA-nın məlumatına görə, iclasda Partiyadaxili intizam qaydalarının pozulmasına görə intizam məsuliyyəti və onun tətbiqi qaydaları, onun növləri, intizam tənbehinin verilmə qaydaları haqqında məlumat verilib.Partiyadaxili inkişaf və intizam komissiyasının sədri Kərim Kərimov iclası açaraq deyib ki, Partiyadaxili intizam qaydalarının pozulmasına görə, intizam tədbirlərinin tətbiqininin əsasları barədə hazırladığımız material proqram xarakterli yığcam sənəddir. İclas hazırda davam edir.
sia.az