"Ümumiyyətlə siyasətdə səmimiyyət çox az rast gəlinən, hətta deyərdim ki, nadir hadisədir. Panidealist dövlətlərin xarici siyasətində isə ümumiyyətlə səmimiyyətdən söhbət gedə bilməz". Bu fikirləri SİA-ya "Yeni Azərbaycan" qəzetinin baş redaktoru, politoloq Hikmət Babaoğlu Milli Şuranın sədri Cəmil Həsənlinin ABŞ-ın Azərbaycandakı səfiri ilə görüşünə və həmin görüşdən sonra amerikalı diplomatın Azərbaycan müxalifətini təlimatlandırması, o cümlədən maliyyələşdirməsi iddialarını qəbul etməməsinə münasibətini bildirərkən deyib. Hikmət Babaoğlu qeyd edib ki, məhz konkret hadisədən sonrakı verilən açıqlama da qeyri-səmimiyyətin bir nümunəsidir. Politoloq sual edib: "Əgər birisi ilə hansısa formada heç bir ortaq marağın və məqsədin yoxdursa, o zaman həmin şəxslə görüşü zəruri edən səbəb nədir? Təkcə bu məntiq ABŞ səfirinin məlum açıqlamasının qaneedici olmadığını göstərir. Bütün bu kimi qeyri-səmimi davranışlara rəğmən, Azərbaycan ictimaiyyəti nəyin yalan, nəyin doğru, kimin kim olduğunu çox yaxşı bilir ve adekvat qiymətləndirməyi bacarır".
sia.az