"Ermənistanda davam edən kütləvi etiraz aksiyaları işğalçı ölkə xalqını bir xalq, dövlət kimi inkişafa gətirib çıxarmayacaq". Bunu SİA-ya millət vəkili Rövşən Rzayev deyib.Millət vəkilinin sözlərinə görə, əgər separatçı rejim Dağlıq Qarabağ işğalı faktoru üzərində Ermənistan hakimiyyətini zəbt etmək istəsə, bu zaman rəsmi İrəvanın inkişafı böyük sual altında qalacaq: "Ona görə də Ermənistan xalqı bunu başa düşür və gec-tez hakimiyyəti devirməyi bacarmalıdır. Bundan başqa işğalçı ölkənin inkişaf yolu yoxdur və ola da bilməz. Yeni gələn hakimiyyət xalqı, inkişafı düşünməlidir. Düşmən tərəf Azərbaycanın ərazilərini geri qaytardığı təqdirdə onlarla hansısa layihələrdə əməkdaşlıqdan söhbət aparıla bilər".R.Rzayev əlavə edib ki, Ermənistan xalqının hakimiyyətə qarşı inamsızlıqları gündən-günə daha da fəal şəkildə özünü büruzə verir: "Biz daimi olaraq bunu mətbuatdan görür və izləyirik. Gün gələcək Azərbaycanın ərazi bütövlüyü təmin olunacaq. Təbii ki, bütün bunlar cənab Prezident İlham Əliyevin apardığı siyasət nəticəsində mümkün olacaq. Beləcə regiona bundan sonra sülh gələcək. Bu, qaçılmaz bir yoldur".
sia.az