Birinci Avropa Oyunların ölkəmizdə keçirilməsi ilə bağlı müxtəlif beynəlxalq təşkilatların apardığı qərəzli "qara piar" kampaniyaları iflasa uğrayır. Azərbaycanda sözügedən oyunlara yüksək hazırlıq səviyyəsi və bu təşəbbüsün yalnız geosiyasi, mədəni deyil, eyni zamanda strateji iqtisadi təsirləri bir daha təsdiq edir ki, ölkəmiz qlobal baxımdan möhtəşəm tarixi hadisəni reallaşdırır. Bu fikirləri SİA-nın əməkdaşına söhbətdə iqtisadçı alim Vüqar Bayramov bildirib.
Onun sözlərinə görə, açılış mərasimində iştirak etmək üçün ölkəmizə gələcək rəsmi şəxslər, jurnalistlər və artıq tursitlərin Bakıda artan sayı, eləcə də bu oyunların tanıdılması ilə bağlı dövlətimiz tərəfindən aparılan tanıtım kampaniyaları Birinci Avropa Oyunlarının sadəcə Azərbaycan deyil, eləcə də qitə üçün əhəmiyyətini göstərir: "Oyunlar dünyanın aparıcı mətbu orqanları tərəfindən yayımlanması ilə bağlı əldə edilən çoxsaylı razılaşmalar isə bir daha ölkəmizə qarşı qərəzli piar kampaniyası aparan beynəlxalq təşkilatlarının bütün cəhdlərinin iflasa uğradığını göstərdi".
Vüqar Bayramov deyib ki, qərəzli qara piar kampaniyalarında guya bu layihənin ölkəmiz üçün iqtisadi baxımdan əlverişli olmadığı bildirilsə də, bizim apardığımız eknometrik qiymətləndirmə göstərir ki, cari və strateji gəlirlər də nəzərə alınmaqla bu təşəbbüs tamamilə rentabelli bir proqramdır: "Bu təşəbbüs idman yarışları olaraq yalnız geosiyası deyil, eyni zamanda iqtisadi əhəmiyyətə malikdir. Bu yarışların iqtisadi əhəmiyyətini qiymətləndirən zaman təəssüf ki bəzi hallarda sadəcə xərcləri cari gəlirlər ilə müqayisə edilir. I Avropa Oyunları Azərbaycan üçün iqtisadi baxımdan çox rentabellidir. Bu Oyunların iqtisadi qiymətləndirməsini aparsaq, I Avropa Oyunları Azərbaycan üçün cari və strateji gəlirlər deməkdir. Belə möhtəşəm idman yarışlarının iqtisadi əhəmiyyəti heç bir halda oyunların təşkil edildiyi müddət ilə məhdudlaşdırılmamalıdır. Bu təşəbbüs iqtisadi-strateji layihədir və ölkə iqtisadiyyatın bə layihədən uzun müddət faydalanmasına imkan verəcək".
Tanınmış iqtisadçı alim əlavə edib ki, qərəzli qara piar kampaniyalarına baxmayaraq ölkə, vətəndaşlarımız üçün əhəmiyyətli olan belə digər möhtəşəm tədbirlər gələcəkdə də Azərbaycanda uğurla təşkil ediləcək.
sia.az