PDF Oxu

Siyasət

  • 9

Yasamal rayonunun ticarət, iaşə və turizm göstəriciləri müsbət dəyərləndirilir

Yasamal rayonunun ticarət, iaşə və turizm göstəriciləri müsbət dəyərləndirilir

Arif Əliyev: "Rayonun mehmanxanalarında yerləşdirilmiş vətəndaşların sayı Bakı şəhəri üzrə müvafiq göstəricisinin 13,9 faizini təşkil etmişdir"

"2015-ci ilin yanvar-mart aylarında əvvəlki ilin eyni dövrü ilə müqayisədə Yasamal rayonunun ticarət sektorunu xarakterizə edən göstəricilər xeyli yüksəlmişdir". Bu barədə "Səs" qəzetinə açıqlamasınada Yasamal rayon Statistika şöbəsinin rəis vəzifəsini icra edən Arif Əliyev bildirib. Onun sözlərinə görə, bu yüksəlişə son illərdə ölkədə yerli məhsullarının istehsalının artması, sahibkarlara verilən güzəştli kreditlər nəticəsində özəl sektorunun inkişafı, həmçinin əhalinin alıcılıq qabiliyyətinin artması öz müsbət təsirini göstərmişdir: "2015-ci il yanvar ayının 1-nə olan vəziyyətə görə Yasamal rayonunun ərazisində 2514 hüquqi şəxs və 10738 hüquqi şəxs yaratmadan ticarətlə məşğul olan fərdi sahibkar qeydiyyatdan keçmişdir. Onlardan 1.04.2015-ci il tarixinədək 293 hüquqi və 144 fiziki şəxs seçmə qaydada statistik uçota cəlb olunmuşdur. Fiziki şəxslərin istehlak malları satışı ilə məşğul olmaları üçün rayonun ərazisində ümumilikdə 200756 kv.metr sahəyə və 1832 ticarət yerinə malik 1 kənd təsərrüfatı məhsulları və 1 avtomobil, avtomobil hissələri bazarları fəaliyyət göstərmişdir".

A.Əliyev bildirib ki, rayonun ticarət şəbəkələrindən realizə olunmuş istehlak mallarının 254,5 milyon manatını (53,8 faizini) yerli istehsal, 218,4 milyon manatını (46,2 faizini) isə idxal olunmuş mallar təşkil etmişdir: "2015-ci ilin I rübündə hüquqi şəxslərə məxsus ticarət obyektlərində 23,3 milyon manatlıq və əvvəlki ilin I rübünün səviyyəsindən 9,9 faiz az istehlak malları satılmışdır. Rayonun əmtəə bazarlarında fiziki şəxslər tərəfindən realizə olunmuş istehlak mallarının həcmi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 6,5 faiz artaraq 257,4 milyon manat olmuşdur. Hesabat dövründə hüquqi şəxs yaratmadan fəaliyyət göstərən fərdi sahibkarların ticarət müəssisələrində 192,2 milyon manatlıq və ya ötən ilin eyni dövründəkindən 7,9 faiz çox istehlak malları satılmışdır".

A.Əliyev onu da bildirib ki, 2014-cü ildə Yasamal rayonunun ərazisində 780 nömrəsi (otağı) olan 18 mehmanxana və mehmanxana tipli müəssisə fəaliyyət göstərmiş, onların da 94,4 faizi xüsusi, 5,6 faizi isə xarici mülkiyyət növünə məxsus olmuşdur: "Rayonda yerləşən mehmanxana və mehmanxana tipli müəssisələr Bakı şəhərində fəaliyyət göstərən bu tip müəssisələrin 13,6 faizini təşkil edir. Mehmanxana və mehmanxana tipli müəssisələrdə olan nömrələrin 10, faizini lüks nömrələr, 33,8 faizini birinci dərəcəli nömrələr, 56,2 faizini isə turist dərəcəli nömrələr təşkil etmişdir. 2014-cü ildə mehmanxana və mehmanxana tipli müəssisələrdə birdəfəlik tutum 1070 çarpayı-yer olmuşdur. Mehmanxana və mehmanxana tipli müəssisələrdə yerləşdirilmiş şəxslərin sayı 60,4 min nəfər olmuş, onlardan 13,3 faizini Azərbaycan, 86,7 faizini isə xarici ölkələrin vətəndaşları təşkil etmişdir. Rayonun mehmanxanalarında yerləşdirilmiş vətəndaşların sayı Bakı şəhəri üzrə müvafiq göstəricisinin 13,9 faizini təşkil etmişdir. Turistlərin 51,4 faizi müalicə, 20,1 faizi işgüzar, 9,3 faizi istirahət və əyləncə, 15,6 faizi digər turizm məqsədilə, 3,6 faizi isə digər məqsədlərlə paytaxta səfər etmişdir".

A.Əliyev qeyd edib ki, 2014-cü ildə mehmanxana və mehmanxana tipli müəssisələrdə işçilərin orta illik siyahı sayı 817 nəfər, onların əmək haqqı fondu isə 7629,5 min manat olmuşdur.

Rəfiqə Kamalqızı

Digər xəbərlər