PDF Oxu

Siyasət

  • 12

Səbail məktəbliləri futbol turnirinin qalibi olub

Səbail məktəbliləri futbol turnirinin qalibi olub

Dünən "Bayıl" stadionunda futbol üzrə "Coca-Cola məktəbli kuboku" turnirinin 9-cu siniflər üzrə final oyunu keçirilib. Gərgin keçən final oyununda Səbail rayonundakı 163 nömrəli orta məktəbin komandası Şəki şəhər 7 nömrəli orta məktəbin kollektivinə 10:0 hesabı ilə qalib gəlib.

Görüşdə AFFA-nın uşaq və gənclər üzrə yarışların təşkili şöbəsinin müdiri Yusif Vəliyev çıxış edərək bildirib ki, bu gün gənclər arasında idmana daha çox meyil olunmasının səbəbi ölkəmizdə idman infrastrukturunun sürətli tərəqqisidir: "Respublikamızın idman infrastrukturunun sürətli tərəqqisi, bu sahə ilə məşğul olan, idmanı özünə peşə seçən gənclərin sayının çoxalması ölkəmizin bütün sektorlarda dinamik inkişafı ilə bağlı söylənilənlərin həqiqətə uyğun olduğunu göstərir. Azərbaycan birinci Avropa Oyunlarına təşkilatçılığı ilə bir sıra rekordlara imza atdı. Qısa müddət ərzində həyata keçirilən hazırlıq işləri ölkəmizin təşkilatçılıq gücünü ortaya qoydu. Bütün bunlar bir yana, qitənin ilk oyunlarının ölkəmizdə keçirilməsi tarixə mühüm hadisə kimi düşəcək. Bu cür mötəbər oyunlar Azərbaycanın idman ölkəsinə çevrildiyini sübut edir. Bu baxımdan gənclər arasında keçirilən yarışlar da ölkəmizdə idmana olan istəyin artdığını sübut edir".

Tədbirdə o da qeyd olundu ki, 163 nömrəli orta məktəbin futbol komandası bu turnirin müxtəlif yaş kateqoriyaları üzrə keçirilən turnirlərinin fəal iştirakçısıdır və dəfələrlə qalib və mükafatçılar sırasında olublar.

Sonda qalib komandaya mükafatları AFFA-nın uşaq və gənclər üzrə yarışların təşkili şöbəsinin müdiri Yusif Vəliyev, marketinq və reklamlar şöbəsinin müdiri Cavid Qarayev təqdim etdilər.

Ü.ƏSGƏROV

Digər xəbərlər