PDF Oxu

Siyasət

  • 9

Beynəlxalq jurnalistikanın "OCCRP" ləkəsi

Beynəlxalq jurnalistikanın "OCCRP" ləkəsi

Daşı qaldıranlar sonda özləri bu daşın altında qalacaqlar"

Vətəndaşın əsaslı ərizəsi əsasında istintaqa cəlb edilən jurnalist Xədicə İsmayılın hüquqlarını "müdafiə" edən bəzi xarici jurnalistlərin bir neçə gün bundan öncəki açıqlamaları bütün şübhələrin əsaslı olduğunu ortaya çıxarmış oldu. Mütəşəkkil Cinayətkarlıq və Korrupsiyaya Qarşı Jurnalistika (The Organized Crime and Corruption Reporting Project - OCCRP) təşkilatının direktoru Drew Sullivan ABŞ MKİ-nin media qolu kimi fəaliyyət göstərən Azadlıq Radiosuna açıqlamasında X.İsmayılın işlərini davam etdirəcəklərini bildirib. Bu işin nədən ibarət olduğu hər kəsə bəllidir, eləcə də Xədicədən sonra da bu işin davam etdiriləcəyi heç kimdə şübhə doğurmurdu. Çünki şər-böhtan həmişə olub, bundan sonra da olacaq. Həmçinin şərə-böhtana qarşı da mübarizə bundan sonra davam etdiriləcək.

D.Sullivan deyir: "Hazırda dünyanın ən müxtəlif ölkələrindən 25-ə yaxın araşdırmaçı jurnalist artıq "Xədicə" layihəsində çalışır. Məqsəd isə bu sayı 100-ə çatdırmaqdır".

Əvvəla, Sullivanın Xədicənin işlərini davam etdirməsi tam normal bir haldır. Çünki eyni şəbəkənin üzvləri olan, bir vahid nöqtəyə casusluq edən və eyni mənbədən maliyyələşən şəxlsərin bir-birilərinin işlərini davam etdirməsi başadüşüləndir. Bunu etməyə də bilməz. Ancaq buna "jurnalistika" donu geyindirib, "araşdırma şapkası" qoyub insanlara sırımağın nə bizim dilimizin leksikonunda, nə də Sullivanın anasının dilinin bazasında adı var. Özünün də dediyi kimi xəyanətkarlar həmişə olub və biri qanun qarşısında cavab verməli olanda digərləri göbələk kimi çıxmağa başlayırlar.

İkincisi, dünyada normal bir layihə həyata keçirmək əvəzinə, "Xədicə" layihəsi adı altında ümumilikdə Azərbaycan dövlətinə qara yaxmağın özü də heç də xoş nəticə ilə bitməyəcək. Çünki Xədicəni təmsil edən adamların əksəriyyəti doğma torpaqlarında "xəyanətkar" damğası alan şəxslərdir".

Nəhayət, bundan sonra göstərəcəkləri fəaliyyətin siqnalını ötürdülər: "Biz dünyadakı bütün daşları qaldırıb Xədicənin əvəzindən həqiqətləri çatdıracağıq". Amma ehtiyatlı olun ki, özünüz bu daşın altında qalmayasınız".

"OCCRP" kimin əlindədir?"

Bu təşkilata məlumatlar ABŞ xüsusi xidmət orqanları tərəfindən ötürülür. Baxmayaraq ki, D.Sullivan xüsusi xidmət orqanları ilə heç bir bağlılıqlarının olmadığını deyir. Bu təşkilatın maliyyə mənbəyinə gəlincə isə, o bildirib ki, onlar vəsaiti ABŞ hökumətindən, Açıq Cəmiyyət İnstitutundan, müxtəlif fondlardan və fərdlərdən alırlar. O zaman sual olunur, bəs Açıq Cəmiyyət İnstitutu, eləcə də ABŞ hökumət qurumları hara işləyirlər? Xüsusi xidmət orqanlarına işləmirlərmi?

Samir

Digər xəbərlər