Türkiyənin qanını soran zəlinin Azərbaycan "sevdası" nakam oldu
Dünyanı "300 komitet" idarə etmir...
Biz dünyanın idarə olunmasını maksimum "300 komitet" kimi təsəvvür edə bilirik. Bütün kartlar düzülür, dünyanın siyasi xəritəsi beləcə çözülür və dünya film kimi qəbul etdiyimiz maskalı, əsalı şəxlsərin görünməyən simaları ilə idarə olunur. SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin (DTK) əməkdaşı olmuş, polkovnik hərbi rütbəsi ilə təqaüdə çıxmış İvanov (2012-ci ildə dünyasını dəyişib) özünün xaitərələrində yazır: "40 il ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi, bu dövlətin 30-a yaxın xüsusi xidmət orqanları, Böyük Britaniyanın Mİ-1, Mİ-2, Mİ-3, Mİ-4, Mİ-5, Mİ-6 adlı xüsusi xidmət orqanları ilə mübarizə apardıq. Bizi ən çox qorxudan ABŞ-ın iri kapitalistlər, müasir dildə desək, biznesmenlər vasitəsilə bizə vura biləcəkləri zərbələr düşündürürdü. Belə də oldu, SSRİ ideologiyasını artıq ABŞ xüsusi xidmət orqanları müəyyənləşdirmişdi... Daha sonra İvanov ABŞ xüsusi xidmət orqanlarının mətbuat, televiziya, humanitar fondlar, şirkətlər vasitəsilə dünya xalqlarına vurduğu zərbələr haqqında şok informasiyalar açıqlayır. Məlum olur ki, insanlarda "300 komitet" düşüncəsini yaradanlar öz izlərini azdırmaq üçün onlar üçün adi, bizlər üçün əfsanə olan bu tip məlumatlar uyudurublar. Teodar Drayzerin Harstvudu belə cinayət törədəndə, biz "Times" qəzetinin bütün ştatlara ildırımsürəti ilə necə yayıldığını sətiraltı da olsa, görə bilirik. Elə gizli cəmiyyətlərin o vaxtdan bu dövrə qədər özü haqqında yaradığı düşüncələr bir yana qalsın. İş adamları, oliqarxlar vasitəsilə istəklərə nail olmaq daha keçərli, ağıllı və uzunmüddətli, möhkəm taktikadır. ABŞ bu taktikanı həmişə prioritet seçib. Keçək əsas mətləbə...
Əslində, Aydın Doğan kimdir?
Aydın Doğan olayı nə üçün ABŞ konqresmenlərini bu qədər qıcıqlandırmalı oldu? Düşünün və adlarını oxuyun, həmin konqresmenlərin adları sizlərə çox şeyi bəlli edəcək. Məsələn, ortaya bir sıra maraqlı nüanslar çıxacaq. Bu, həmin konqresmenlərdir ki, Türkiyə dövlətinə qarşı daim radikal mövqedə dayanıblar və Fətullah Gülənin qatı müdafiəçiləridirlər. Türkiyənin CNN Türk, Kanal D, Euro D kimi nüfuzlu telekanallarının, habelə "Hürriyet", "Posta", "Radikal" kimi bir çox məşhur çap nəşrlərinin sahibi olan Aydın Doğan daim F.Güləni müdafiə edib. Onun rəhbərlik etdiyi media qurumlarında diqqəti çəkən bir neçə məqam var: 1. Yuxarıda adıçəkilən kütləvi informasiya vasitələrində Qarabağla bağlı mütəmadi olaraq dezinformaisyalar yer alıb. (məsələn, guya sərhədlərin açılması müqabilində Ermənistanın bir neçə rayonu geri qaytarması kimi iddiaların yer aldığı informasiyalar). 2. PKK haqqında bir cümlə belə "terrorçu" adının bu vaxta qədər işlənməməsi. 3. Fətullah Gülənin əməlləri, nurçu camaatının "dövlətdə dövlət" yaratmaq cəhdlərinin ört-basdır edilməsi. 4. Azərbaycan haqqında qeyri-obyektiv informasiyaların dərc olunması.
Türkiyədə "BABA" (mafioz) adı ilə məşhur olan Aydın Doğanın erməni əsilli olması da təsdiqini tapmış vaxtdır. Bu da bir faktdır ki, A.Doğan öz həyatının əsas hissəsini Azərbaycana, müsəlmançılığa qarşı düşmənçilik münasibətinə həsr edib. Şübhəsiz ki, onun erməni əsilli olması bu düşmənçiliyin əsasında dursa da, həm də onun ABŞ MKİ-nin "biznesmen-agenti" olması da aydın şəkildə görünür. F.Gülənin MKİ-yə bağlılığı su kimi necə aydın görünürsə, "Gülən-Doğan" işbirliyinin kökündə hansı amilin dayandığı göz önündədir.
"Doğan imperiyası..." Və ya Türkiyəni gəmirən zəli
Aydın Doğan Türkiyənin CNN Türk, Kanal D, Euro D kimi nüfuzlu telekanallarının, habelə "Hürriyet", "Posta", "Radikal" kimi bir çox məşhur çap nəşrlərindən başqa "Petrol" Ofisi adlı neft şirkətinin sahibidir (bir neçə il əvvəl Doğan bu şirkətin nəzarət- səhm paketini Almaniyanın RWE konserninə satıb).
Türkiyədə fırıldaqçı kimi məşhur olan Aydın Doğanın təkcə "Petrol" Ofisi vasitəsilə dövlətə vurduğu ziyanın məbləği o qədər böyükdür ki, bu, bir dövlətin büdcəsi qədərdir. Doğan bu şirkəti vaxtilə böyük cinayətlər, özbaşınalıqlar hesabına ələ keçirmişdi. Xatırlayırsınızsa, bir neçə il əvvəl Türkiyə mətbuatı ancaq Doğanın cinayətlərindəın yazırdı. 2000-ci ildə "Petrol" Ofisi Türkiyənin ən gəlirli dövlət şirkətlərindən biri idi. O, bu şirkəti ələ keçirmək üçün "İş Bankası" ilə ortaq "İş-Doğan A.Ş." adlı şirkət qurub. Daha sonra bu şirkət bir neçə bankın daxil olduğu konsorsiumdan borc alaraq "Petrol" Ofisini alıb. Bununla da şirkət 1,2 milyard dollar borcun altına girib. "İş-Doğan A.Ş." şirkəti isə "Petrol" Ofisini alandan sonra bu borcu "Petrol" Ofisinin gəlirləri hesabına ödəməyə başlayıb. Qısası, Aydın Doğan bu şirkəti zorakı üsullarla, həmin şirkətin öz gəlirləri hesabına ələ keçirmiş olub. Türkiyədə ilk dəfədir ki, korrupsiyanın bu üsulu tətbiq edilirdi və Aydın Doğanın "Petrol" Ofisini ələ keçirməsi Türkiyənin ən iri korrupsiya əməliyyatlarından biri hesab olunurdu.
2001-ci ildə Türkiyə Silahlı Qüvvələrinin Xüsusi Təyinatlı Qüvvələr Komandanlığının ehtiyacı üçün 450 min ton yanacağın alınmasına dair keçirilən tenderdə Aydın Doğanın "Petrol" Ofisi şirkəti korrupsiya sövdələşməsi sayəsində qalib elan edilib. Cinayətkarın qalib elan edilməsinə də istefada olan general, jandarma kəşfiyyatının keçmiş rəisi, keçmiş MHP-çi Altay Tokatın mətbuata göndərdiyi məktubda aydınlıq gətirib.
2009-cu ildə Türkiyənin Maliyyə Nazirliyi Aydın Doğanın holdinqini rekord məbləğdə - 2,5 milyard dollar vergi ödəməyə məhkum edib. Nazirliyin müfəttişlərinin iki ildən çox davam edən araşdırmaları nəticəsində məlum olmuşdur ki, "Doğan Group"un rəhbərləri 2006-cı ilin dekabr ayında holdinqə daxil olan şirkətlərin səhmlərini üç həftə ərzində bir şirkətdən digərinə satıb, bu zaman milyardlarla dolları vergidən gizlədib.
Həmçinin holdinq Almaniyanın "Axel Springer" şirkəti ilə Türkiyənin Radio-Televiziya Yüksək Kurumunun (RTÜK) qaydalarına zidd olaraq ortaqlıq qurub. RTÜK-ün qaydalarına görə, Türkiyənin media qurumlarının səhmlərinin ən çoxu - 25 faizi xarici şirkətlərə satıla bilər. A.Doğan isə bu limiti keçib. Həmçinin, Türkiyə qanunlarına görə xarici şirkət Türkiyədə ancaq bir KİV-ə ortaq ola bilər. Aydın Doğan isə holdinqinin 25 faizindən çoxunu "Axel Springerə" satıb. Onun holdinqinin tərkibində 28-dən çox qəzet, agentlik və telekanal yer alırdı. Maxinasiya nəticəsində Aydın Doğan həm RTÜK-ü aldadıb, həm holdinqin səhmlərinin satışından əldə edilən gəlirləri vergidən yayındırıb.
A.Doğan Qərbdə və Türkiyədə geniş təbliğat kampaniyası başladaraq Ərdoğanın "söz azadlığının" sonuncu qalasına hücumuna dünya ictimaiyyətinin dəqqətini cəıb etməyə çalışırdı. Lakin daha sonra mediamaqnat hökumətlə anlaşdı və vergi cinayətlərinin əfvinə dair qanundan faydalanaraq kəsilən cərimənin təxminən 800 milyon dollarını ödədi, qalan hissəsi əfv olundu. A.Doğan hələ də Türkiyənin Maliyyə Nazirliyinin offşor şirkətlər barədə sorğusuna cavab verməyib. Bu offşor şirkətlərin Aydın Doğanın yaxınlarının adına qeydiyyatdan keçdiyi üzə çıxıb. SPK "Doğan Group" barəsində cinayət işinin qaldırılması üçün topladığı faktları prokurluğa göndərib.
Heç bir şərt irəli sürmədən Ermənistanla sərhədlərin açılmasını tələb edən də Doğan və onun nəzarətində olan media qurumlarıdır. Türkiyə və Ermənistan diplomatları arasında Sürixdə otellərdən birində gizli danışıqların başladığı haqda xəbəri ilk yayan da məhz Doğanın ruporu "Hürriyet" olmuşdu. Qəzet Türkiyə hökumətinin Ermənistanla barışıq və sərhədləri açmaq səylərinə dəstək verirdi, bu zaman Dağlıq Qarabağ münaqişəsinin nizamlanması şərtinin kənara qoyulacağını göstərirdi. Həmçinin, o zaman "Doğan Group"un tərkibinə daxil olan "Milliyyet" qəzetinin və CNN Türk Kanalının müxbiri Negehan Alçı Azərbaycan tərəfinin icazəsi olmadan Ermənistan üzərindən Dağlıq Qarabağa səfər edib. Qarabağ haqda, əsasən erməni tərəfinin nöqteyi-nəzərini əks etdirən reportajlar yayımlayıb. Azərbaycan XİN onun adını qara siyahıya salıb, sonradan jurnalist üzr istəyib və adı bu siyahıdan çıxarılıb. Yaxud hamının yaxşı yadındadır ki, o vaxtlar Aydın Doğanın ən sevimli jurnalisti olan Mehmet Birand dəfələrlə yazılarında və televiziya reportajlarında Türkiyənin Ermənistanla sərhədlərini açmasına çağırıb. Tez-tez anti-Azərbaycan yazıları dərc edib. Yaxşı məlumdur ki, Türkiyə-Ermənistan barışıq prosesi Barak Obama administrasiyasının Qafqaz siyasətinin bir nömrəli prioriteti idi. Bunu 2008-ci ildə Obama administrasiyası yeni formalaşdırılarkən dövlət katibi Hillari Klinton rəsmən elan etmişdi. Hələ 90-cı illərdə Azərbaycana xarici sərmayəçilər pul qoyan zaman Türkiyədən də xeyli sayda vicdanlı türk iş adamları Azərbaycana təşrif buyurmuşdular. Daha sonralar isə Doğan buna cəhd etsə də, imkan verilmədi. Əslində, onun məqsədi Azərbyacan neftini sümürmək idi.
Heç şübhəsiz ki, Azərbaycan və Türkiyənin bir yumruq kimi birləşərək, "Gülənçi"lərə qarşı mübarizə aparması və istənilən nəticəni almaları Doğanı özündən çıxarmaya bilməzdi. Elə Doğanın Azərbaycan və Türkiyə iqtidarına olan qərəzinin əsas səbəblərindən biri də budur.
Samir