PDF Oxu

Siyasət

  • 14

YAP Binəqədi rayon təşkilatının yeni ərazi ilk partiya təşkilatı təsis edilib

YAP Binəqədi rayon təşkilatının yeni ərazi ilk partiya təşkilatı təsis edilib

Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatı tərəfindən Binəqədi rayonu Mir Cəlal küçəsi 31/69, 109k ünvanlı ("Təhsil" Respublika İdman Mərkəzinin İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Futbol Məktəbi - "Təhsil" RİMİOEUGFM) müəssisədə yeni ərazi ilk partiya təşkilatının təsis edilməsi ilə bağlı tədbir keçirilib.

Tədbiri giriş sözü ilə açan "Təhsil" Respublika İdman Mərkəzinin İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Futbol Məktəbinin direktor müavini Zaur Məhərrəmov müəssisədə YAP Binəqədi rayon təşkilatının ərazi ilk partiya təşkilatının təsis olunması ilə bağlı təşəbbüs irəli sürdüklərini qeyd edib. Z. Məhərrəmov Ümummilli Liderin əsasını qoyduğu partiyanın üzvü olmaqdan qürur hissi keçirəcəklərini, ərazi ilk partiya təşkilatında partiya işini yüksək səviyyədə aparacaqlarını vurğulayıb. O, hazırda Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan gənclər siyasəti, idman sahəsindəki uğurlardan danışıb, bu uğurların davamlı olması üçün hər bir gəncin çalışmasının vacibliyini bildirib.

Sonra təşkilati məsələlərə - ilk olaraq YAP Nizamnaməsinə uyğun olaraq 3 partiya üzvünün təşəbbüsü ilə müəssisədə ərazi ilk partiya təşkilatının yaradılması məsələsinə baxılıb. Partiyanın üzvü Zaur Məhərrəmov ərazi ilk partiya təşkilatının sədri, Günel Bağıyeva isə sədr müavini seçilib. Daha sonra partiya sıralarına qəbulla bağlı müraciət etmiş şəxslərin məsələsinə baxılıb.

Tədbirdə çıxış edən YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov yeni ərazi ilk partiya təşkilatının təsis edilməsi ilə əlaqədar tədbir iştirakçılarını təbrik edib. O, YAP Binəqədi rayon təşkilatının fəaliyyəti, həyata keçirilən tədbirlər və qarşıda duran vəzifələrlə bağlı ətraflı məlumat verib. R.Göyüşov YAP-ın yaranma tarixinə nəzər salaraq, partiyanın dövlətin və xalqın çətin günlərində Ulu Öndər Heydər Əliyev tərəfindən yaradıldığını qeyd edib. Rayon partiya təşkilatının sədri yeni təsis edilmiş ərazi ilk partiya təşkilatının rayonda həyata keçirilən partiya işində fəal olacağına inamını ifadə edib.

Sonda partiya sıralarına qəbul olumuş bir qrup şəxsə partiya vəsiqələri təqdim edilib.

ZÜMRÜD

Digər xəbərlər