PDF Oxu

Siyasət

  • 10

Hadi Rəcəbli: “Ölkəmiz mövqeyini bundan sonra da qoruyacaq” AÇIQLAMA

Hadi Rəcəbli: “Ölkəmiz mövqeyini bundan sonra da qoruyacaq” AÇIQLAMA

"Hazırda ölkəmizdə ilk Avropa Oyunları ilə bağlı hazırlıqlar sona çatıb. Qısa zaman müddətində mötəbər tədbirə hazırlıqlar çox yüksək səviyyədə həyata keçirilib ki, bu da bizim dövlətin apardığı uğurlu siyasətin nəticəsidir". Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin Sosial Siyasət komitəsinin sədri Hadi Rəcəbli deyib.Hadi Rəcəbli bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində Azərbaycan dünya miqyasında idman ölkəsi kimi tanınır: "Artıq ölkəmizdə idmanın inkişafı mütəmadi səciyyə daşıyır. Əlbəttə, idmana dövlət səviyyəsində xüsusi diqqət və qayğının göstərilməsi həm cəmiyyətimizdə gənc nəslin sağlam yetişməsinə, həm də Azərbaycanın beynəlxalq miqyasda idman ölkəsi kimi tanınaraq nüfuzunun artmasına xüsusi töhfələr verir. Əminliklə qeyd edə bilərik ki, bu gün dünyada qısa müddətdə güclü idman infrastrukturu yaratmağın, Olimpiya Hərəkatının öncül ölkələrindən birinə çevrilməyin sayəsində bu kontekstdə inkişafın Azərbaycan modeli formalaşdırılıb. Ümumilikdə isə, Azərbaycan Avropanın müasir infrastruktura malik lider idman ölkələrindən biridir və aparılan dövlət siyasəti sayəsində ölkəmiz mövqeyini bundan sonra da qoruyacaq".Komitə sədri eyni zamanda Azərbaycana qarşı müşahidə edilən təzyiqlərdən də danışıb: "Azərbaycana qarşı təzyiqləri həmişə hiss etmişik. Nüfuzlu beynəlxalq tədbirlər ərəfəsində isə təzyiq cəhdləri daha da artır. Əgər diqqət yetirsək, görərik ki, olimpiya oyunları kimi böyük idman tədbirlərinin keçirildiyi başqa ölkələrə də təzyiqlər, təhdidlər olub. Məsələn, Afinada, Pekində, Yay Olimpiya Oyunlarının keçirilməsi ərəfəsində baş verənlər buna sübutdur. Eyni zamanda, Braziliyada futbol üzrə dünya çempionatı ərəfəsində nələrin baş verdiyini yaxşı xatırlayırıq. Təbii ki, bütün bunları böyük güclər, bəzi dövlətlər təşkil edir. İstəyirlər ki, hamı onların diqtəsi ilə hərəkət etsin. Azərbaycana da təzyiqlərin, qarayaxma kampaniyalarının arxasında bu məqsəd dayanır. Məqsəd bizim müstəqil siyasət aparmağımıza mane olmaqdır. Məsələn, bir müddət əvvəl yeni inşa edilmiş olimpiya stadionunun çökməsi xəbəri yayıldı. Bu xəbəri kim yaydı? Təbii ki, həmin qüvvələr və onların buradakı əlaltıları. Bu, sadəcə təxribat idi. Onlar Azərbaycanın nüfuzuna xələl gətirmək istəyirdilər, amma bu baş tutan iş deyil".

sia.az

Digər xəbərlər