PDF Oxu

Siyasət

  • 7

Mübariz Əhmədoğlu mətbuat konfransı keçirib

Mübariz Əhmədoğlu mətbuat konfransı keçirib

Mübariz Əhmədoğlu: "Rusiya Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində loyallıq göstərir"

Bu gün politoloq Mübariz Əhmədoğlunun mətbuat konfransı keçirilib. SİA xəbər verir ki, mətbuat konfransında bir sıra məsələlərə toxunan politoloq o cümlədən Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində gedən proseslərə nəzər yetirib.

Politoloq qeyd edib ki, Qərb Ukrayna hadisələrini "dondurulmuş münaqişə" fazasına keçirir: "MDB məkanında münaqişəli ocaqların yaradılması və dondurulmuş fazaya keçirilməsində Qərbin kifayət qədər çox təcrübəsi var. Ukrayna hadisələrinin dondurulma fazasına keçməsi də əvvəlcədən bəlli sxemlə reallaşdırılır. Belə ki, Qərb bəlli dövlətləri akivləşdirir və Rusiyanın həmin dövlətə qarşı hiperreaksiyasına şərait yaradır. Qərb Rusiyanın həmin dövlətə təzyiqini dəf edə bilmir və bundan sonra münaqişəni "dondurur". Bu sxem yalnız Avropaya yaxın ərazilər üçündür. Liviya, Suriya, İraqdakı münaqişələrin təşəbbüskarı ABŞ başda olmaqla Qərbdir və indi də Qərb həmin münaqişələri bağlamaq istəmir. MDB məkanında ilk münaqişə Dağlıq Qarabağ münaqişəsi idi. ABŞ SSRİ-ni dağıtmaq üçün ermənilərdən vasitə kimi istifadə etdi. Sonradan bu münaqişə Rusiyanın fəallığı fonunda davam etdi. İndi Rusiya Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə loyallıq göstərir. Qərb isə Dağlıq Qarabağ münaqişəsinin dondurulmuş fazada qalmasına xeyli resurs xərcləyir. Ən azı potensial itkilərini nəzərə almaması bu ehtimalı gücləndirir. Yalnız ortada qısa bir dövr ərzində, Azərbaycanla neft müqavilələri işlənib-hazırlandığı dövrdə Qərb Azərbaycan prizmasından fəallaşdı. Lakin neft müqavilələri ilə əlaqəli məsələlər bitdikdən sonra Qərb BMT Təhlükəsizlik Şurasının qətnamələrinə düşmən kəsildi. Bundan başq Qərb ardıcıl surətdə Gürcüstanı Rusiya ilə dialoqu davam etdirməyə təhrik edir. Gürcüstana yalnız ritorik olaraq ərazi bütövlüyü və dövlət suverenliyinin dəstəklənməsində dəstək verir. Gürcüstana Qərbin maliyyə yardımı istənilən səviyyədə deyil. Hal-hazırda ABŞ Ukrayna tənzimlənməsində özünü doğruldan "Normand" formatına və ya Minsk prosesinə qatılmaq istəyir. Bu da ABŞ-ın yaxın zamanda Ukrayna münaqişəsinin bitəcəyinə ümid etmədiyinin əlamətidir".Mübariz Əhmədoğlu Aİ-nin Riqa sammiti Azərbaycanın ərazi bütövlüyünü S.Sarkisyana qəbul etdirdiyini qeyd edərək bildirib ki, Riqa sammiti Aİ Ermənistandan məyus olduğunu göstərdi: "Hətta 2008-ci ildə Aİ-nin Şərq Tərəfdaşlığı Proqramının müəllifləri olan Polşa və İsveçin Xarici İşlər Nazirliklərinin müvafiq rəsmiləri Riqa sammitindən əvvəl Yerevana səfər edib Yerevanı ayıltmağa cəhd etsələr də bu da baş vermədi. 2008-ci ildə Aİ-nin Polşa və İsveç kimi antirusiya dövlətləri S.Sərkisyanın başçılığı ilə ermənilərin güclü antirusiya kompaniya aparacağına həm də inanaraq Şərq Tərəfdaşlığı Proqramını hazırlamışdılar. 2009-cu ildə bu proqram rəsmən fəaliyyətə başladı. 2013-cü ilin sentyabrın 1-dək Ermənistan bu proqramın ən aktiv iştirakçısı idi. Şimali Qafqaz məsələlərini Aİ liderləri ilə S.Sərkisyanın tez-tez müzakirə etməsindən başa düşmək olurdu ki, Ermənistanın yenicə seçilmiş prezidenti S.Sarkisyan Şimali Qafqazda Rusiyaya problem yaratmaqda Qərbə yol göstərir. S.Sarkisyan Azərbaycanın yerini daraltmaq kursu götürmüşdü. Müəyyən mənada buna nail oldu. Aİ Ermənistanda insan hüquqları, demokratiya və seçki sahəsindəki hüquq pozuntularına göz yumdu. Ermənistana kifayət qədər maliyyə yardımı ayırdı. Dağlıq Qarabağ tənzimlənməsində mövqeyini az qala 180 dərəcə dəyişdi. S.Sarkisyan Aİ-nin antirusiya istiqamətində qələbəsinə nail ola bilməsə də 5 il müddətində Aİ-ni Dağlıq Qarabağ tənzimlənməsindən uzaqlaşdıra bildi. Sarkisyan 2013-cü il sentyabrın 1-də Aİ ilə Şərq Tərəfdaşlığı Proqramı çərçivəsində assosiativ müqaviləni parafladıqdan sonra dərhal Moskvaya çağırıldı və beləliklə, S.Sarkisyan Moskvada Ermənistanın Gömrük İttifaqına, Avrasiya İqtisadi Birliyinə üzv olduğunu bildirdi. İsveç və Polşa Xarici İşlər Nazirliklərinin siyasi direktorları ilə birlikdə Yerevana səfər edib görüşlər keçirməsini də biz son 6 ildə Aİ Şərq Tərəfdaşlığı Proqramına yekun vurmaq kimi yanaşırıq. Bu səbəbdən də Aİ-nin Riqa sammitində Ermənistanla hətta simvolik də olsa sənəd imzalanmadı. Amma yeni əməkdaşlığın hüquqi bazasının yaradılması haqqında anlaşma memorandumunun imzalanması ehtimalı sıfır deyil. Görünür, Polşa və İsveçin Xarici İşlər Nazirliklərinin siyasi direktorlarının verdiyi məlumat öz işini görür. Ermənistan prezidenti sammitin gedişində növbəti zərbəni Aİ-nin Riqa sammitinin Şərq Tərəfdaşlığı ölkələrinin ərazi bütövlüyünü və dövlət suverenliyini dəstəklənməsində aldı. Almaniyanın federal kansleri A.Merkel S.Sarkisyanla görüşərək onu "ərazi bütövlüyü prinsipi"nin dəstəklənməsinə vadar etdi. A.Merkel Riqa sammitinə qatıldığı andan yekun sənəddə Şərq Tərəfdaşlığına üzv ölkələrin ərazi bütövlüyünə dəstəyin vacib olduğu tezisinin yer alacağını bildirmişdi. Bu, Ermənistan üçün ciddi zərbədir. Ermənilər başa düşmək istəmirlər ki, Azərbaycan Aİ-nin Riqa sammitində Dağlıq Qarabağ tənzimlənməsində konkret, ciddi dəyişikliyin baş verməsi üçün 2 addım atmağı tələb edirdi. Aİ-isə birini atdı".

sia.az

Digər xəbərlər