"Müsavat partiyasından istefa verənlərdən Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının üzvü olanlar da var, olmayanlar da! Amma gözlənilir ki, yaxın zamanda ümumiyyətlə Müsavatdan istefa verənlər ADR Hərəkatına qoşulsunlar". Bu fikirləri SİA-ya Müsavat Partiyası Qadınlar Birliyinin sabiq sədri Ellada Məmmədli Müsavatdan istefa verən qadınlar barədə açıqlamalara münasibət bildirərkən deyib.Ellada Məmmədli ona qarşı irəli sürülən iddialara belə cavab verib: "İddialardan belə görünür kİ, mən çox qüvvətli təşkilatçıyam. Partiyanın Xətai rayon təşkilatından istefa verən 55 nəfəri də mənim ayağıma yazmağa çalışırlar. Belə çıxır ki, uzun illər Müsavatın icra strukturunun rəhbəri olmuş indiki başqan Arif Hacılının heç rayon təşkilatından xəbəri yoxdur".
Ellada Məmmədli ADR-də fəaliyyətini davam etdirdiyini və hələlik heç bir siyasi partiyaya üzv olmaq niyyətinin olmadığını da vurğulayıb.
sia.az