PDF Oxu

Siyasət

  • 11

"Qafqaz və Orta Asiya üzrə regional iqtisadi perspektivlər"

"Qafqaz və Orta Asiya üzrə regional iqtisadi perspektivlər"

BVF-nin Azərbaycan missiyasının rəhbəri ADİU-da bu mövzuda məruzə edib

Beynəlxalq Valyuta Fondunun (BVF) Azərbaycan missiyasının rəhbəri, tanınmış iqtisadçı Raca Almarzoqi ADİU-da "Qafqaz və Orta Asiya üzrə regional iqtisadi perspektivlər" mövzusunda məruzə edib. ADİU-nun mətbuat xidmətindən "Səs" qəzetinə verilən məlumata görə, o, çıxışında dünyada və regionda baş verən iqtisadi proseslərə öz münasibətini bildirərək proqnozları açıqlayıb.

BVF-nin proqnozuna əsasən, 2015-ci il ərzində neftin qiymətində ciddi dəyişiklik olmayacaq. Amma 2019-cu ilə kimi dünya bazarında qara qızılın qiyməti 75-79 ABŞ dolları civarında dəyişəcək. Fondun proqnozlarında, əsasən, bu il ərzində dünya bazarında təbii qaz, metallar və qida məhsullarında ucuzlaşma tendensiyası davam edəcək. Raca Almarzoqi buna əsas səbəbi şist nefti hasilatında və xam neftə tələbatın azalmasına görüb. Tanınmış ekspert region iqtisadiyyatında baş verən proseslərə də münasibətini bildirib. O, qeyd edib ki, neftin qiymətinin düşməsi iqtisadi inkişaf üçün risklər yaradıb. Xüsusən də Rusiya iqtisadiyyatındakı son ilərdə baş verən tənəzzül prosesi regional idxal-ixrac əməliyyatlarına ciddi təsir göstərir. ABŞ-ın pul siyasəti, xüsusilə dolların möhkəmlənməsi də öz təsirini göstərməkdədir.

BVF-nin Azərbaycan missiyasının rəhbəri Raca Almarzoqi risklərdən qorunmaq üçün tövsiyələrini də çatdırıb. Onun sözlərinə görə, region ölkələrində xərclərin tənzimlənməsi, özəl sektora diqqətin ayrılması və stimullaşdırılmasına ehtiyac var. Raca Almarzoqi orta müddətli iqtisadi inkişafa nail olmaq üçün pul siyasətində sərtləşdirmə, çevik məzənnə, maliyyə sabitliyi, struktur islahatları aparılmasını, xidmət sektorunun təkmilləşdirməsini tövsiyyə edib.

ADİU rektoru, professor Ədalət Muradov qeyd edib ki, ölkəmizdə keçiriləcək ilk Avropa Oyunları Azərbaycan iqtisadiyyatının, xüsusilə xidmət sektorunun daha da inkişafına töhfə verəcək.

Sonra ADİU-nun əməkdaşları Beynəlxalq Valyuta Fondunun "Qafqaz və Orta Asiya üzrə regional iqtisadi perspektivlər" hesabatına öz münasibətlərini bildiriblər.

NƏZAKƏT

Digər xəbərlər