ATƏT-in Mİnsk Qrupunun fransalı həmsədri Pyer Andrie iyunun 12-də Bakıda keçiriləcək I Avropa Oyunlarının açılış mərasimində iştirak edəcək. SİA-nın xəbərinə görə, bu barədə jurnalistlərə Fransanın Azərbaycandakı səfiri Paskal Monye deyib. O həmçinin bildirib ki, Minsk Qrupunun Rusiya və ABŞ-dan olan digər iki həmsədrinə Oyunların açılış mərasiminə dəvətnamə göndərilib.
sia.az